Lerik sakini güllələnib

img

09-12-2022 [21:15]


Lerik sakini güllə yarasından ölüb.

Mia.az DİN-in Mətbuat xidmətinə istinadla bildirir ki, dekabrın 9-da saat 20 radələrində Lerik rayonu Vamazqon kəndində Masallı rayon sakini 1975-ci il təvəllüdlü Ədalət Şiriyevin ov tüfəngindən açılan atəşdən ölməsi barədə polisə məlumat daxil olub.

Hadisənin Lerik rayon sakini 1977-ci il təvəllüdlü Əmir Litfiyevin ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində baş verdiyi bildirilir.

Polis və prokurorluğun əməliyyat-axtarış, əməliyyat-istintaq qrupu hadisə yerinə cəlb edilib. Araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR