"Azercell": "Məktəblilərimiz İnformatika üzrə payız turnirində uğurla çıxış ediblər"

img

02-12-2022 [17:27]


"Azercell Telekom" MMC-dən informatika və kompüter elmləri sahəsində məktəb təhsilinə dəstək öz bəhrəsini verir.

Mia.az xəbər verir ki, 23-27 noyabr 2022-ci il tarixlərində Bolqarıstanın Şumen vilayətində təşkil olunan informatika fənni üzrə 14-cü Beynəlxalq payız turnirində məktəblilərimiz uğurlu nəticələr əldə ediblər. 18 ölkə və 400-ə yaxın iştirakçının yarışdığı turniri Elm və Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 10-cu sinif şagirdi Fuad Qarayev gümüş medalla, Ankara məktəb liseyinin 9-cu sinif şagirdi Əli Əliyev isə bürünc medalla başa vurublar.

Qeyd edək ki, Əli həm də “Azercell CUP” müsabiqəsinin iştirakçısıdır.

Informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesinə dəstək verən "Azercell Telekom" MMC məktəblilərimizi təbrik edir, onlara təhsil, informatika və texnologiyalar sahəsində inkişaf və uğurlar arzulayır.


Digər xəbərlər
SON XƏBƏRLƏR