"Az qala içimizdə ikinci dövlət yaranıb" - Naxçıvanlı redaktordan Vasif Talıbovun yaxın ətrafında baş verən həbslərə reaksiya
02-12-2022 [10:59]
Naxçıvandakı son vəziyyət ictimaiyyətin diqqət mərkəzində qalmaqda davam edir. Əvvəllər Muxtar Respublikadakı durumla bağlı danışmaqdan çəkinən, susan naxçıvanlı ziyalılar son günlər xeyli aktivləşib, tənqidi fikirlər səsləndirməyə başlayıblar.
Modern.az-ın məlumatına görə, əvvəllər Naxçıvan haqqında yazmağın, danışmağın çətin olduğunu əslən Muxtar Respublikadan olan jurnalist, Mətbuat Şurası İdarə Heyətinin üzvü, “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev də etiraf edir:
A.Quliyevin sözlərinə görə, Azərbaycanda illərdir korrupsiya ilə mübarizə gedir, ölkənin bir parçası olan Naxçıvan da bu prosesdən kənarda qalmalı deyildi:
“Bir gün bu mübarizə Naxçıvanı da əhatə etməli deyildimi? Azərbaycanın nə qədər iri məmurları, biznesmenləri həbsə atıldılar, Naxçıvanda həbs olunanlar “qaraqaş, qaragöz” deyillər! Niyə bu əməliyyatların Azərbaycan DTX tərəfindən aparılmasının da aydın cavabı var. İllər boyu Naxçıvanda bu mübarizənin yerli orqanların özləri tərəfindən aparılacağına, aparılmalı olduğuna etimad edildi, arxayın oldular. Ancaq iş yarıtmaz icra edildi. Orada özləri 2016-2017-ci illərdə cəmi iki naziri tutdular, daxili işlər və milli təhlükəsizlik nazirləri. Ancaq korrupsiya mexanizmi səngimədi, “maşın” yenə öz işində idi. Görəndə ki Naxçıvanın yerli orqanlarının özləri korrupsiya ilə mübarizə aparan deyillər, mübarizə aparmalı orqan və şəxslərin özləri bu işə bulaşıblar, o zaman Azərbaycan mərkəzi hakimiyyətinin iradəsi ilə DTX özü işə başlamalı oldu. Məsələyə heç bir siyasi rəng qatmadan proseslərin sadə məzmununu bu cür görmək lazımdır”.
A.Quliyevin sözlərinə görə, “Naxçıvanda korrupsiya niyə bu qədər genişmiqyaslı və dərin olub” sualının öz izahı və cavabı var: “Birinci səbəb - Naxçıvanda yerli rəsmi idarəetmə səlahiyyətlərinin bu qədər genişlənməsi. Az qala, içimizdə ikinci dövlət yaranıb. Naxçıvanın ayrıca “Xarici Kəşfiyyat Xidməti” də var imiş. Təsəvvür edirsiniz? Hətta rəhmətlik Heydər Əliyevin Ali Məclisə sədrliyi dövründə də orada yerli rəsmi idarəetmə səlahiyyətləri bu qədər geniş deyildi. Üstəlik, o da var ki, Heydər Əliyevin sədrliyi dövründə Naxçıvanda yerli idarəetmə səlahiyyətlərinin (indikindən aşağı səlahiyyətlər) genişliyi səmərəli nəticələr verirdi, faktiki Naxçıvanı məhz bu xilas etdi. Ancaq hazırkı yerli idarəetmə səlahiyyətlərinin hədsiz genişliyi neqativ rol oynadı. Ən böyük neqativlik isə bütün muxtar respublika əhalisinin rəsmi Bakıdan incik düşməsi oldu. Bu şəraitdə korrupsiyanın çiçəklənməsi təəccüblü deyil.
İkinci səbəb - Naxçıvandakı bəzi məmurların Bakıda müxtəlif xətlərlə bağlı olduqları daha iri məmurlar tərəfindən himayə edilməsidir”.
Ceyhun Bayramov İran səfiri ilə bir arada: nələr müzakirələr olunub?
Əməkdar artist Cavanşir Məmmədov vəfat edib
Medianın İnkişafı Agentliyi jurnalistlərə çağırış edib - Səbəb
Zakir Həsənov Quru Qoşunlarının generallarını topladı, tapşırıqlar verildi - MN-də müşavirə (VİDEO)
Sabah hava necə olacaq? - Proqnoz
BMT-nin Baş katibindən Bakı ilə İrəvan arasındakı anlaşmaya reaksiya: "Razılaşmanı alqışlayırıq"
Bakıda 21 yaşlı oğlan 22 yaşlı qızı bıçaqladı
"Qazaxlı Alik"in oğlu Fuad Muradovun məhkəməsi başlayır
Blinkendən 4 kəndinin Azərbaycana qaytarılması haqda - Açıqlama
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampın məhkəməsinin qarşısında bir nəfər özünü yandırıb
Mətbuat katibi: "Dörd kəndin Azərbaycana qaytarılması çoxdan gözlənilən tarixi hadisədir"
Buraxılış imtahanının nəticələri elan olunub
Hal şahidləri ilə bağlı qanuna dəyişiklik olub
Uşaqların peyvəndlənməsi barədə əmr imzalanıb
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
Qəzzada daha 9 dinc fələstinli həlak olub
İLHAM ƏLİYEV MOSKVADAN SONRA ALMANİYAYA GEDƏCƏK - Tarix bəlli oldu
Universitetin sözçüsü vəzifədən ayrılıb
Prezident İlham Əliyev Rusiyaya gedir
“AzəriMed” QSC-lə bağlı məhkəmə qalmaqalı yaranıb
Partiya sədri özünə yeni müşavir təyin edib
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Keşlədə saxta məhsullar istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb
Kirayədə yaşayan BDU-nun tələbəsi özünü öldürüb (Yenilənib)