"Az qala içimizdə ikinci dövlət yaranıb" - Naxçıvanlı redaktordan Vasif Talıbovun yaxın ətrafında baş verən həbslərə reaksiya
02-12-2022 [10:59]
Naxçıvandakı son vəziyyət ictimaiyyətin diqqət mərkəzində qalmaqda davam edir. Əvvəllər Muxtar Respublikadakı durumla bağlı danışmaqdan çəkinən, susan naxçıvanlı ziyalılar son günlər xeyli aktivləşib, tənqidi fikirlər səsləndirməyə başlayıblar.
Modern.az-ın məlumatına görə, əvvəllər Naxçıvan haqqında yazmağın, danışmağın çətin olduğunu əslən Muxtar Respublikadan olan jurnalist, Mətbuat Şurası İdarə Heyətinin üzvü, “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev də etiraf edir:
A.Quliyevin sözlərinə görə, Azərbaycanda illərdir korrupsiya ilə mübarizə gedir, ölkənin bir parçası olan Naxçıvan da bu prosesdən kənarda qalmalı deyildi:
“Bir gün bu mübarizə Naxçıvanı da əhatə etməli deyildimi? Azərbaycanın nə qədər iri məmurları, biznesmenləri həbsə atıldılar, Naxçıvanda həbs olunanlar “qaraqaş, qaragöz” deyillər! Niyə bu əməliyyatların Azərbaycan DTX tərəfindən aparılmasının da aydın cavabı var. İllər boyu Naxçıvanda bu mübarizənin yerli orqanların özləri tərəfindən aparılacağına, aparılmalı olduğuna etimad edildi, arxayın oldular. Ancaq iş yarıtmaz icra edildi. Orada özləri 2016-2017-ci illərdə cəmi iki naziri tutdular, daxili işlər və milli təhlükəsizlik nazirləri. Ancaq korrupsiya mexanizmi səngimədi, “maşın” yenə öz işində idi. Görəndə ki Naxçıvanın yerli orqanlarının özləri korrupsiya ilə mübarizə aparan deyillər, mübarizə aparmalı orqan və şəxslərin özləri bu işə bulaşıblar, o zaman Azərbaycan mərkəzi hakimiyyətinin iradəsi ilə DTX özü işə başlamalı oldu. Məsələyə heç bir siyasi rəng qatmadan proseslərin sadə məzmununu bu cür görmək lazımdır”.
A.Quliyevin sözlərinə görə, “Naxçıvanda korrupsiya niyə bu qədər genişmiqyaslı və dərin olub” sualının öz izahı və cavabı var: “Birinci səbəb - Naxçıvanda yerli rəsmi idarəetmə səlahiyyətlərinin bu qədər genişlənməsi. Az qala, içimizdə ikinci dövlət yaranıb. Naxçıvanın ayrıca “Xarici Kəşfiyyat Xidməti” də var imiş. Təsəvvür edirsiniz? Hətta rəhmətlik Heydər Əliyevin Ali Məclisə sədrliyi dövründə də orada yerli rəsmi idarəetmə səlahiyyətləri bu qədər geniş deyildi. Üstəlik, o da var ki, Heydər Əliyevin sədrliyi dövründə Naxçıvanda yerli idarəetmə səlahiyyətlərinin (indikindən aşağı səlahiyyətlər) genişliyi səmərəli nəticələr verirdi, faktiki Naxçıvanı məhz bu xilas etdi. Ancaq hazırkı yerli idarəetmə səlahiyyətlərinin hədsiz genişliyi neqativ rol oynadı. Ən böyük neqativlik isə bütün muxtar respublika əhalisinin rəsmi Bakıdan incik düşməsi oldu. Bu şəraitdə korrupsiyanın çiçəklənməsi təəccüblü deyil.
İkinci səbəb - Naxçıvandakı bəzi məmurların Bakıda müxtəlif xətlərlə bağlı olduqları daha iri məmurlar tərəfindən himayə edilməsidir”.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Energetika naziri ABŞ Dövlət katibinin nümayəndəsi ilə görüşüb
Çin: "NATO öz işi ilə məşğul olmalıdır" - "Pekin bu bölgədə qarşıdurma istəmir, heç bir gücə də sabitliyi pozmağa imkan verməyəcək"
Moldova XİN Lavrovun çıxışı ilə bağlı bəyanat yayıb
LAÇIN YOLUNDAKI AKSİYANIN 53-cü GÜNÜ: bu gün daha 7 maşında erməni ailələr Ermənistana gedib (Yenilənib)
"Feysbuk"dakı saxta hesaba görə məşhur modelyer saxlanılıb
Məşhur müğənni: "Bir geyimlə həyatım dəyişdi" - FOTOLAR
Saakaşvilinin ürəkdağlayan halı: Qərb niyə onu satdı?
Mbappe 3 həftəlik sıradan çıxıb
"Qalatasaray" gənc müdafiəçini icarəyə verib
Bakıda Rumıniya Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO
Prezident İlham Əliyevin Klaus Yohannis ilə təkbətək və geniş tərkibdə görüşüb, birgə bəyanat veriblər - MƏTN/FOTO
Siyasiləri üz-üzə gətirən sui-qəsd: vəkil istintaqa telefonunun şifrəsini unutduğunu deyir
Avropa İttifaqı Ukraynaya daha 500 milyon avro ayırıb
ABŞ işarə verdi, Avropa ölkələri Türkiyəyə qarşı diplomatık cəbhə açdı: nə baş verir? - Rəsmi Ankaradan ard-arda sərt etirazlar
Partiya sədri öldürülən sabiq başqanın ata evinə getdi: "Bu cinayət işini sonadək təqib edəcəyik"
"Neftçi"nin şikayəti təmin olunmayıb
Azərbaycanda koronavirusa yoluxma sayı açıqlandı, ölənlər var
Müğənni məşhur futbolçu ilə gizli eşq yaşayır? - Aparıcı "Bu sirri mənə başqa futbolçunun arvadı açdı" dedi (FOTO)
Azərbaycan millisinin oyunlarının təqvimi bəlli oldu
Dünya universitetlərin reytinqi: ilk yüzlük, minlik o yana, ilk üçminlikdə də deyilik - Professor yazır
Dollar neçəyə olacaq? – Mərkəzi Bank yeni məzənnəni açıqladı
İlham Əliyev Pakistan prezidentinə məktub göndərdi: "Xəbər bizi olduqca kədərləndirdi"
Zakir Həsənov Qarsda hərbi təlimi izlədi - FOTO
Bakının kəndlərində geniş əməliyyat: bu şəxslər saxlanıldı - FOTO
“Nar” Gənclər Gününə həsr olunmuş tədbirdə iştirak edib
Məşhur teleaparıcı hava limanında saxlanılıb - Səbəb (Açıqlama)
Prezident gənclərə müraciət etdi - MƏTN
"Real Madrid"in ulduz futbolçusu Türkiyəyə gəlir
Sumqayıtın prokuroru vəzifədən çıxarıldı
Norveçin Ankaradakı səfiri Türkiyə XİN-ə çağırılıb - Qalmaqal
Əli Əsədov büdcə ilə bağlı sərəncam imzaladı
Azərbaycanda avro dəyər qazanır
İlham Əliyev ABŞ Dövlət katibinin nümayəndəsini qəbul edib - Nələr müzakirə olunub? (FOTO/Yenilənib)
23 yaşlı bloqeri 50 bıçaq zərbəsi ilə kim və niyə öldürdü? - Sensasiyalı qətlin sirri açılır
Mehriban Əliyeva: "Qoy hər bir gəncimiz qələbə və nailiyyətləri ilə xalqımızı hər zaman qürurlandırsın!" - FOTO
Bakıda yağış, rayonlarda qar yağacaq - Sabahın hava proqnozu
TRT-nin serialı hiddət doğurdu - Səbəb (FOTO)
Səbinə Əliyeva Bəxtiyar Hacıyevi fərdi qaydada qəbul edib
Xalq artisti: "Bacımın vəziyyəti ağır olaraq qalır"
DİN sistemində yeni rəis təyinatları olub
Tahir Budaqov YAP-da bu şəxsə vəzifə verib
Bakıda avtomat silahla dolaşan şəxs tutuldu - FOTO
"Azercell" “Hədiyyəli eSİM nömrələr” kampaniyasına start verib