Vasif Talıbovun oğlu yaxın ətraflarının həbslərinə belə reaksiya verdi: “Mənə maraqlı deyil ki, mətbuatda Naxçıvanla bağlı nə yazırlar..."

img

26-11-2022 [11:55]


Son zamanlar Naxçıvan Muxtar Respublikasında baş verənlər mətbuatın əsas müzakirə mövzusudur.

Mia.az xəbər verir ki, DTX Naxçıvan gömrüyündə əməliyyat keçirib, şöbə rəisi həbs olunub.

Bəzi iddialara görə, gömrüyün rəisi Səhət Həbibbəyli ilə müavini Səbuhi Novruzov da saxlanılıaraq Bakıya gətriiliblər.

Xatırladaq ki, Səhət İsa Həbibbəyli AMEA prezidenti İsa Həbibbəylinin oğlu, S.Novruzov isə Vasif Talıbovun yeznəsidir.

Hətta bəzi iddialarda Vasif Talıbovun oğlanlarının da adı hallanır.

Məhz bu və ya digər məqamlar Ali Məclisin sədri Vasif Talıbovun da karyerasına ciddi problemlər yaradacağı ehtimalını gücləndirib.

Mia.az-ın məlumatına görə, gününsesi.info Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif  Talıbovun oğlu Rza Talıbovla baş verənlərlə bağlı əlaqə yaradıb.

Ancaq Ali Məclis sədrinin oğlu bu haqda danışmaq istəməyib: “Mənə maraqlı deyil ki, mətbuatda Naxçıvanla bağlı  nə yazırlar. Mən öz işimlə məşğulam. Bu cür söhbətlərlə də maraqlanmıram”.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR