Rumen Radev: “Avropanın daha 3 ölkəsi Azərbaycandan əlavə qaz almaq istəyir"
30-09-2022 [18:45]
"Avropanın daha 3 ölkəsi - Rumıniya, Macarıstan və Slovakiya Azərbaycandan əlavə qaz almaq istəyir".
Bunu Bolqarıstan Prezidenti Rumen Radev sentyabrın 30-da Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatlarla çıxışı zamanı bildirib.
"Daha bir vacib məsələni də diqqətinizə çatdırmaq istərdim ki, mən dünən aldığım bir təklifi cənab Əliyevlə bölüşdüm. Bolqarıstandan əlavə Avropanın daha 3 ölkəsi - Rumıniya, Macarıstan və Slovakiya bizə müraciət edib ki, əlavə qaz həcmini almaq və nəql etmək istəyirlər. Bu ilin yayında - iyul ayında cənab Əliyev və xanım Fon der Lyayen sənəd imzalayıblar. Həmin sənədə əsasən yeni yanaşma tətbiq edilməlidir. Bunun sayəsində biz illərlə gözləmək əvəzinə, - bilirsiniz ki, burada mövcud infrastrukturu genişləndirmək üçün böyük sərmayə lazımdır, - həmin bu 4 ölkədə olan infrastruktur vasitəsilə Azərbaycan qazını dərhal digər ölkələrə göndərə bilərik. Beləliklə də qaz daha tez və etibarlı şəkildə Mərkəzi, Qərbi və Cənubi Avropaya çatdırıla bilər. Bu təklif sabah rəsmi olaraq təqdim ediləcək. Biz bunu Avropa Komissiyasının Prezidenti və bu 4 ölkənin nümayəndələri ilə müzakirə edəcəyik. Biz buna hazırıq. Bir ay ərzində yüksəksəviyyəli görüş təşkil edə bilərik. Bununla da layihəni irəli apara bilərik, bu layihəyə start verə bilərik", - dövlət başçısı deyib.
R.Radev vurğulayıb ki, hazırda qaza olan yüksək tələbat və böhran şəraitində yeni imkanlar axtarışındadırlar: "Prezident Əliyev və mən müxtəlif məsələləri, müxtəlif fikirləri müzakirə etdik. Çünki bizə sement istehsalında, şüşə istehsalında və digər istehsalat sahələrində qaz lazımdır. Azərbaycan da müxtəlif məhsullar istehsal edir. Beləliklə, biz birbaşa Azərbaycandan qaz həcmi ala biləcəyik. Bu, çox vacib bir məsələdir və bu qaz bizim vasitəmizlə artıq üçüncü ölkələrin bazarlarına nəql edilə bilər. Biz burada nəqliyyat xərclərinə və vaxta qənaət edirik. Bu prosesdə Bolqarıstan daha fəal iştirak edəcək və bizim qaz şirkətimiz olan "Bulqarqaz" da daha fəal rol oynayacaq. Biz təbii ki, bu məsələni cənab Əliyevlə yenə də müzakirə edəcəyik ki, bizim imkanlarımız nədən ibarətdir, hansı variantlarımız var. Biz bu məsələdə maraqlıyıq və təbii qazı elektrik enerjisinə çevirmək məsələsini də nəzərdən keçirəcəyik. Bu, təkcə Bolqarıstan üçün deyil, həm də Avropa İttifaqı üçün mühüm məsələdir. Əlbəttə ki, Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu çox mühüm əhəmiyyətə malikdir"./Report
Şəmkirdə qardaş 28 yaşlı bacısını öldürdü
Prezident deputatla bağlı sərəncam verdi
Xocalıda şirlkət maşını dərəyə yuvarlanıb - Vəzifəli şəxs yaralanıb
Sabahın hava proqnozu açıqlandı
LAÇIN YOLUNDAKI AKSİYANIN 55-ci GÜNÜ: əcnəbi səyyahlar könüllülərlə görüşüb, məlumat alıblar (Yenilənir)
“Nar” Gənclər Gününə həsr olunmuş tədbirdə iştirak edib
Quru Qoşunlarında atış təlimləri keçirilib - VİDEO
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Rıdvan Dilmen sevənlərini şoka saldı: "Haqqınızı halal edin, dayancaq gücüm qalmadı"
Türk aşpaz sosial şəbəkədə video paylaşdı, "İnterpol" keçmiş prezidentin qızını ələ keçirdi - FOTO
Çinə məxsus kəşfiyyat balonu ABŞ səmasında: Pentaqon vurmağa qorxur - Rəsmi Pekin "Bəli, bizimdir, səhvən..." dedi
Jurnalistlər Birliyinin sədri 20 yaşlı qızı zorlamada ittiham olunur - Polis axtarışa verib
LAÇIN YOLUNDAKI AKSİYANIN 54-cü GÜNÜ: ekoloji terrora qarşı etiraz davam edir (Yenilənib)
"Fənərbağça"nın prezidentinin oğlu qəza keçirib
"Adım Farah" serialının ilk fraqmentləri yayıldı - VİDEO
DİN başçısının "Çək, çirkli əllərini Türkiyədən" dediyi an ABŞ səfiri savaş gəmisində göründü - ABŞ-ın nəhəng hərbi gəmisi İstanbulda niyə lövbər salıb?
MSK bu tarixdə iclas keçirəcək
Azərbaycanda koronavirusa yoluxma sayı açıqlandı, ölənlər var
Daha 11 obyektdə nöqsanlar aşkarlandı - SİYAHI
İlham Rəhimovdan körpə Bünyaminə jest - FOTO
Bu Agentliyin yanında İctimai Şuraya seçkilər keçiriləcək
Bahçelinin evində bir saatdan çox sürən görüş: Ərdoğan daha iki partiyanı yanına çəkmək istəyir
Almaniya Ukraynaya 88 “Leopard1” tankı göndərəcək
Şəhid Orxan Əsgərov və səfirliyimizin qorunmasında böyük xidməti olan daha iki nəfər təltif olundu - SƏRƏNCAM
Məşhur teleaparıcı Metin Uca sərbəst buraxılıb
"Qalatasaray" - "Trabzonspor" derbisinin hakimi bəlli oldu
Ceyhun Bayramov Macarıstanın xarici işlər naziri ilə görüşüb - Açıqlama (Yenilənib)
Prezident İtaliyanın ətraf mühit və enerji təhlükəsizliyi nazirini qəbul edib - FOTO
Kamal Kılıçdaroğlu: "Namizədliyim üçün hamı razılıq verməlidir"
İlham Əliyev Avropa İttifaqının komissarını qəbul edib - Nələr müzakirə olunub? (FOTO)
29 yaşlı gənc niyə ölüb? - DİN-dən açıqlama
Rumıniya Prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb
Prezident Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclasında: "Hər ölkə öz ərazisində üzərinə düşən işləri icra edəcək" - VİDEO/Yenilənir
Prezident milli teatrla bağlı sərəncam verdi
"Şahmaran"ın sevilən aktyoru sevgilisindən ayrıldı - FOTOLAR
Sabah hava necə olacaq? - Proqnoz
Şarl Mişel Kiyevə gedib
Səfər Mehdiyevin xalası oğlu vəzifədən azad edilib