Prezident İlham Əliyev daha bir sərəncam imzalayıb
24-09-2022 [17:25]
Prezident İlham Əliyev "Hüseyn Cavidin 140 illiyinin qeyd edilməsi haqqında" sərəncam imzalayıb.
Mia.az xəbər verir ki, sərəncamda deyilir:
"2022-ci ildə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, mütəfəkkir şair və dramaturq Hüseyn Cavidin (Hüseyn Abdulla oğlu Rasizadənin) anadan olmasının 140 ili tamam olur.
Hüseyn Cavid fəlsəfi müdrikliyin və bədii kamilliyin ahəngdar vəhdətini dolğun təcəssüm etdirən yaradıcılığı ilə Azərbaycan ədəbiyyatı tarixinə işıqlı səhifələr yazmışdır. O, bütün ədəbi fəaliyyəti boyu həqiqəti, insanpərvərliyi və gözəlliyi tərənnüm etmişdir. Şərq poetik fikri zəminində yüksələn və dünya romantizm ənənələrindən uğurla bəhrələnən filosof-şair Azərbaycan poeziyasında fəlsəfi lirikanın dəyərli nümunələrini meydana gətirmişdir. Qüdrətli sənətkar humanist ideallar uğrunda mübarizəyə səsləyən mənzum faciələri və tarixi dramları ilə Azərbaycan dramaturgiyasında yeni mərhələnin təməlini qoymuşdur. Parlaq xarakterlərlə zəngin olub, bir neçə nəslin estetik zövqünü formalaşdıran və ölkəmizdə teatr mədəniyyətinə yeni nailiyyətlər qazandıran bu dramaturgiya milli teatr salnaməsində “Cavid teatrı” kimi özünəməxsus layiqli yer tutur. Cavid irsi Azərbaycan ədəbiyyatının qızıl fonduna həmişəlik daxil olmuşdur.
Hüseyn Cavid sovet rejiminin ən sərt təzyiqləri şəraitində belə, mənən sarsılmayaraq şəxsiyyətinin bütövlüyünü ləyaqətlə qorumuşdur. Ulu öndər Heydər Əliyevin şəxsi təşəbbüsü ilə Cavidin nəşinin 40 il öncə uzaq Sibirdən vətəninə gətirilməsi və məzarı üzərində məqbərənin ucaldılması adı sovet totalitarizminin günahsız qurbanlarının rəmzinə çevrilmiş sənətkarın və 1930-cu illərdə repressiyalara uğramış Azərbaycan ziyalılarının xatirəsinə ehtiramın ifadəsidir".
Sərəncama əsasən, Mədəniyyət Nazirliyinə Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə mütəfəkkir şair və dramaturq Hüseyn Cavidin 140 illiyinə dair tədbirlər planını hazırlayıb həyata keçirmək, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İngiltərə klubu Türkiyədə dağıntılar altında qalan futbolçu barədə paylaşım edib - FOTO
İLHAM ƏLİYEV TÜRKİYƏYƏ DAHA İKİ TƏYYARƏ YARDIM VƏ SƏHRA XƏSTƏXANASI GÖNDƏRDİ (Yenilənib)
TFF, Qalatasaray", "Fənərbağça", "Beşiktaş", "Antaliya" yardım kampaniyasına başlayıb - Mesajlar
Türkiyədə 7 günlük matəm elan olundu - Ərdoğandan açıqlama
Məşhur müğənni biznesmen sevgilisinin ailəsi barədə paylaşım etdi: "Binanın altında qalıblar, əlaqə yarada bilmirik..."
"Qalatasaray"ın keçmiş futbolçusu ağlaya-ağlaya yalvardı: "Nə olar, səsimizi duyun, yalvarıram..." (FOTO)
Hikmət Hacıyevdən paylaşım: "Qarabağ və Şərqi Zəngəzurdakı yenidənqurma beynəlxalq ziyarətçiləri heyran edib”
Təxirə salınan İstanbul-Bakı təyyarə reysi bu gün həyata keçirilib - Sərnişinlər hava limanına gətirilib (Yenilənib)
Bank xidmətləri ilə bağlı İşçi Qrupu yaradılıb
Dollar neçəyə olacaq? – Mərkəzi Bank yeni məzənnəni açıqladı
BURAXILIŞ İMTAHANLARININ VAXTI BİLİNDİ - Rayonlar üzrə CƏDVƏL
SİLAHLANMIŞ TERRORÇU, QAÇIB GİZLƏNƏN İRAN POLİSİ... - XİN səfirliyə terrorun detallarını açıqladı
Azərbaycanda koronavirusa yoluxma sayı açıqlandı
İlham Əliyev böyük heyət göndərdi, Avropa hərəkətləndi, Bayden tapşırıq verdi - Türkiyədəki zəlzələ dünyanın gündəmində (Yenilənib)
"Vəzifəli şəxslər" qandallandı - TƏFƏRRÜAT
Türkiyəyə düşmən münasibətdə olan ölkələr də yardım mesajı verdi: "Səfərbərik, hər şeyə hazırıq"
Türkiyədə futbol oyunları təxir salınıb
Türkiyədə zəlzələ: futbolçular dağıntılar altında qalıb
İlham Əliyev Ərdğana zəng etdi, 420 nəfərlik xilasedicinin yola salındığını dedi: "Azərbaycan çox sarsılıb..."
Türkiyədə yenə zəlzələ olub - 7.6 bal gücündə (VİDEO)
Samir Adıgözəlli Türkiyədədir: "Azərbaycan bütün məsələlərdə Türkiyənin yanındadır"
Tanınmış aktrisanın anası Hatayda dağıntılar altında qalıb
İskenderunda xəstəxananın reanimasiya şöbəsi tamamilə çöküb - Həkim və xəstələrdən xəbər yoxdur
Azərbaycanda güclü zəlzələ ehtimalı var? - Direktordan açıqlama
“Nar” Türkiyədə olan abunəçilərinin balansına internet və danışıq dəqiqələri əlavə edir
Hatayda hava limanı, polis idarəsi, xəstəxana binaları da çoküb: "76 sakinimiz ölüb, çoxlu yaralımız var" - FOTO
Mehriban Əliyeva: "Türkiyə xalqının kədəri bizim kədərimizdir"
Ərdoğan dəhşətli zəlzələnin fəsadlarının aradan qaldırılması prosesini nəzarətinə götürüb
Dünya Türkiyəyə görə ayağa qalxıb
İsrail prezidenti: "Türkiyəyə hər hər cür yardım etməyə hazrıq"
Qəzet və saytlara verilən maddi yardım vergidən azad ounur
İstanbuldakı Baş Konsulluq Azərbaycan vətəndaşlarına müraciət edib
Əli Əsədovdan Türkiyəyə mesaj: "Prezident tapşırıq verib, təxirəsalınmaz tədbirlər görülüb"
Ceyhun Bayramov Çavuşoğluna zəng etdi
XİN Türkiyədə olan vətəndaşlarımıza müraciət edib
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi: "Xəbər bizi olduqca kədərləndirdi"
Xalq artistinin müğənni bacısı vəfat etdi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
ABŞ-ın İstanbulda peyda olan 155 metrlik savaş gəmisi... - Türk admiral SOS verdi, MHP lideri od püskürdü: "Bu, kimə mesajdır?" - (FOTO)
"Mən bu cahana sığmazam"ın "Cəzair Türk"ü serialla vidalaşır?
İstanbul və Bakı arasında yaşam fərqi...