Jurnalistlərin qurultayı Muğam Mərkəzində keçiriləcək
20-09-2022 [18:42]
Azərbaycan jurnalistlərinin VIII qurultayında 140 üzv təşkilat iştirakını təsdiqləyib.
Mia.az Mətbuat Şurasına istinadla xəbər verir ki, Azərbaycan jurnalistlərinin VIII qurultayının keçirilməsi üzrə Təşkilat Komitəsinin iclası keçirlib.
İclasda bildirilib ki, Mətbuat Şurasına üzv təşkilatlar Şuranın İdarə Heyətinə namizədlərin və qurultayda iştirak edəcək nümayəndələrin verilməsini başa çatdırıblar. 2022-ci ilin sentyabrın 7-dən başlayaraq icra olunmuş bu fəaliyyət çərçivəsində onlara MŞ-nin presscouncil.az saytında yerləşdirilmiş “Azərbaycan jurnalistlərinin VIII qurultayı” bölməsinə daxil olaraq iki anketlə tanışlıq imkanı yaradılıb.
Üzv təşkilatlar anketlərdən birinə qurultayda iştirak edəcək nümayəndələrinin adlarını yazıblar. Qeyd edək ki, Təşkilat Komitəsinin qərarına əsasən ali məclisdə gündəlik qəzetlər və informasiya agentlikləri 2, həftəlik və aylıq qəzetlər, həmçinin jurnallar, jurnalist təşkilatları, internet informasiya resurları və digər qurumlar 1 nümayəndə ilə təmsil olunacaqlar. Ümumilikdə 140 üzv təşkilat qurultayda iştirakını təsdiqləyib.
TK üzv təşkilatların qurultayda iştirakının təşviqi üçün bütün müvafiq maarifləndirmə işlərini gerçəkləşdirib. Mövcud xüsusda həm məlumatlar paylaşılıb, həm də fərdi danışıqlar aparılıb. Bununla yanaşı, müəyyənləşdirilib ki, bir sıra üzv təşkilatların MŞ ilə əlaqələri itib, uzun illərdir illik üzvlük haqqı ödəmirlər, bəziləri fəaliyyətlərini dayandırıblar. İclasda belə qurumların, əsaslı səbəb olmadan qurultaya qatılmayanların Mətbuat Şurasından uzaqlaşdırılması qərara alınıb. Eyni zamanda onların ali məclisdə iştirak etməmələrinin yetərsay baxımından qiymətləndirilməməsi məqsədəmüvafiq sayılıb.
Təşkilat Komitəsi onu da müəyyənləşdirib ki, üzv təşkilatlar jurnalistlər və ictimaiyyət nümayəndələri daxil olmaqla ümumilikdə 301 şəxsi Şuranın İdarə Heyətinə namizəd kimi göstərərək onların adlarını müvafiq anketə qeyd ediblər. Həmin şəxslərin 152-nin adı anketlərdə bir, 40-nın adı iki, 18-nin adı üç, 6-nın adı dörd, 3-nün adı beş, 5-nin adı altı, 4-nün adı yeddi, 5-nin adı səkkiz, 5-nin adı doqquz dəfə çəkilib. Adları anketlərə 10-20 aralığında yazılmış namizədlərin sayı 18-dir. Namizdələrin verilməsi prosesində anketlərə bir şəxsin adı ən çox 112 dəfə daxil edilib. Eyni təşkilatın namizəd anketinə iki və daha artıq şəxsin adını təkrarən yazması hallarına da rast gəlinib ki, bu zaman yalnız bir səs əsas götürülüb.
Təşkilat Komitəsi Mətbuat Şurasının Nizamnamə tələbini rəhbər tutaraq yekun seçki bülleteninə ən çox səs toplamış 46 namizədin adını daxil edib. Həmin şəxslərin adları TK-nın növbəti məlumat yayımında açıqlanacaqdır.
Qeyd edək ki, Azərbaycan jurnalistlərinin VIII qurultayı 24 sentyabr 2022-ci il tarixdə Beynəlxalq Muğam Mərkəzində (Ünvan Neftçilər prospekti 30, Dənizkənarı Milli Park) keçiriləcəkdir. Qeydiyyat saat 09.00-dan 10.00-dək aparılacaqdır. Saat 10.00-da qurultay işinə başlayacaqdır.
Azərbaycan nefti 86 dollardan baha satılır
Heydər Əliyev Fondu Türkiyəyə humanitar yardım göndərib
LAÇIN YOLUNDAKI AKSİYADAN 60 GÜN ÖTDÜ
TÜRKİYƏDƏ DAĞIDICI ZƏLZƏLƏ: ölü sayı 12391, yaralı sayı 63 minə çatdı - Azərbaycan qardaş ölkəyə yardımlar göndərir (VİDEO/FOTO)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyə milli komandasının basketbolçusu dağıntı altında qalıb
"Qalatasaray" 20 milyon avroya futbolçu aldı
Dağıntı altında qalan 5 yaşlı uşağın atasına "çox üşüyürəm, əllərim ağappaq olub" sözləri milyonları ağlatdı
Gürcüstanda azərbaycanlı aparıcı yaxasına "türk rozeti" taxdı və canlı yayımda "başınız sağ olsun, qardaş Türkiyə!" dedi
Türkiyədə dağıntılar altından çıxarılan naməlum meyitlər... - Onlar hansı prosedurdan sonra dəfn olunacaq?
Ərdogan Hatayda qəzəbləndi: "Bu şəxsiyyətsizlər, namussuzlar..."
Məşqçi və xanımının cəsədi dağıntılar altından çıxarıldı - 6 yaşlı övladları isə 48 saat sonra salamat xilas edilib
Azərbaycanda koronavirusa yoluxma sayı açıqlandı
Teymur Musayev Fahrettin Koca ilə telefon danışdı - Azərbaycan Türkiyəyə 2 min çarpayı ayrılıb
"Bakcell" Türkiyəyə xüsusi telekommunikasiya avadanlıqları göndərib
Politoloq: "Azərbaycan Ermənistanı təkbaşına da cəzalandıra bilər"
Futbolçu zəlzələ anı başına gələnləri danışdı: "Zəlzələnin şiddəti məni yatağımdan yıxdı" - "Tanrı bizə yaşamaq şansı verdi"
Azərbaycanın hərbi tibb personalı Kahramanmaraşda fəaliyyətə başlayıb - MN açıqladı (FOTO)
"Qalatasaray"lı futbolçular zəzlələ bölgəsinə yardım kampaniyasında iştirak edirlər - FOTOLAR
Türkiyədə futbol klublarına transfer üçün əlavə vaxt verilib
Bu məhsullar idxal gömrük rüsumundan azad olundu
Dollar neçəyə olacaq? – Mərkəzi Bank yeni məzənnəni açıqladı
Biznesmen deputat sədr, onlar müavinləri oldu
"Dağıntılar altından sağ çıxdı" xəbəri yayılan futbolçu... - "O, hələ də çökən binanın altındadır"
İlham Əliyev Türkiyənin Azərbaycandakı səfirliyinə getdi - Prezident matəm kitabına ürək sözlərini yazıb (YENİLƏNİB)
Türkiyədə zəlzələ baş verən bölgədə növbəti də yeraltı təkanlar olub
TÜRKİYƏDƏ ZƏLZƏLƏDƏ AZƏRBAYCAN VƏTƏNDAŞI HƏLAK OLUB
Prezident İlham Əliyev daha bir fərman imzalayıb
YENİ İDARƏLƏR YARADILDI - Fərman/SİYAHI
“Əmək pensiyaları haqqında” qanun dəyişdi: minimum məbləğ artırıldı
Zəlzələdən 55 saat sonra 13 yaşlı qız çökən binanın altından salamat çıxarıldı - "Popuqayı"nı da əlində tutubmuş (FOTOLAR)
Türkiyə səfirliyi Azərbaycan əhalisinə müraciət edib
Abşeronda əməliyyat: bu şəxslər saxlanıldı - FOTO
Azərbaycan xilasediciləri dağıntılar altından 26 nəfəri sağ, 47 nəfərin isə cəsədini çıxardı - VİDEO
İlham Əliyev Bakıda görkəmli bəstəkar Tofiq Quliyevin abidəsinin açılışında - FOTOLAR (Yenilənib)
Sabah Bakıda və rayonlarda qar yağacaq
Çinli xilasedicilər zəlzələ bölgəsində əməliyyata başlayıb - Növbəti qrup da bu gün göndəriləcək (Yenilənib)
Dağıntılar altından çıxarılan futbolçu xəstəxanada vəfat edib
Bakıda bu ünvanlarda Türkiyə üçün yardımlar toplanır - SİYAHI
"Ümidsizliyin arxasında neçə ümidlər var..." - İtaliya Türkiyəyə bu sloqanla yardım göndərir (FOTO)
Əcnəbilərin Azərbaycanda yaşaması üçün miqrasiya tələbləri çətinləşdirilir - DETALLAR
Türkiyənin Azərbaycandakı səfirliyi açıqlama yaydı - Yardım toplama məntəqəsinin ünvanı dəyişdi
51 saat dağıntılar altında qalan 5 yaşlı uşaq xilas olundu - FOTOLAR
İlham Əliyev daha bir tapşırıq verdi - Qardaş ölkəyə növbəti 227 nəfərlik xilasedici qrupu göndərildi
Azərbaycandan qardaş ölkəyə yardımlar davam edir - VİDEO