DİM sədri qəbul planını açıqladı: "II qrup üzrə hər kəsin qəbul olmaq imkanı var"

img

16-08-2022 [11:20]


Bu il ali təhsil müəssisələrinə qəbul olmaq üçün 51881 plan yeri ayrılıb.

Mia.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

DİM sədir qeyd eidb ki, plan yerlərinin 23627-si dövlət sifarişlidir: "Dövlət sifarişli yerlərin sayı ötən illə müqayisədə bu il 746 yer daha çoxdur”.

M.Abbaszadənin sözlərinə görə, bu il müsabiqəyə buraxılan abituriyentlərin sayı təxminən plan yerlərinin sayı qədərdir: "Lakin ixtisas qrupları üzrə ayrıca rəqəmlərə baxsaq fərqli müsabiqə vəziyyətinin yarandığını görürük. məsələn I ixtisas qrupunda 16419 plan yeri ayrılıb. Müsabiqədə iştirak etmək hüququ olanlar isə 19030 nəfərdir. İkinci qrupda isə 12232 plan yeri var. Müsabiqə iştirakçılarının sayı isə 9804 nəfərdir. Bu o deməkdir ki, faktiki II qrupda hər bir şəxsin ali təhsil müəssisələrinə qəbul olmaq imkanı var".


Digər xəbərlər
SON XƏBƏRLƏR