Eldar Həsənovun qızının həyat yoldaşı da məhkəməyə üz tutdu - Müsadirə olunan əmlaklarla bağlı

img

16-08-2022 [10:48]


Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı sabiq fövqəladə və səlahiyyətli səfiri Eldar Həsənov və ailə üzvləri kassasiya şikayəti verib.

Məlumata görə, keçmiş səfirlə yanaşı, onun oğlu Anar Həsənov, qızları Səbinə Həsənova, Emilya Qurbanova, həyat yoldaşı Elmira Həsənova, qohumları Əlixan Həsənov  və qızının həyat yoldaşı Qabil Hüseynov Ali Məhkəməyə müraciət edib.

Eldar Həsənov barəsində bəraət hökmünün çıxarılmasını istəyir. Həmin şəxslər isə təqsirləndirilən şəxsin müsadirə edilən əmlaklarının geri qaytarılmasını tələb edirlər.

Cinayət işi hakim İlkin Rəcəbovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmə iclası avqustun 18-nə təyin edilib/Pravda.az.

Xatırladaq ki, Eldar Həsənov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən xüsusi əməliyyatla həbs edilib.

Sabiq səfir Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israfetmə, külli miqdarda törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, külli miqdarda törədildikdə) 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) 308-1.1 (Dövlət büdcəsinin vəsaitindən təyinatı üzrə istifadə etməmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunub.

Eldar Həsənov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib. Hökmə əsasən, təqsirləndirilən şəxsin üzərinə həbs qoyulmuş əmlakları da müsadirə olunub. Daha sonra o, apellyasiya şikayəti verib. Bakı Apellyasiya məhkəməsi E.Həsənovun şikayətini təmin etməyib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR