İrəvanda ticarət mərkəzində güclü partlayış olub: ölən və yaralananların sayı artıb - VİDEO/FOTO (Yenilənib)

img

15-08-2022 [23:50]


Ermənistanın paytaxtı İrəvanın “Surmalu” ticarət mərkəzində iki güclü partlayış olub.

Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, partlayış nəticəsində bir nəfər ölüb, 60-a yaxın yaralı var.

Məlumata görə. partlayış ərazidəki tiklilərə və maşınlara böyük zərər vurub.

O da qeyd olunur ki, dağıntılar altında başqa insanların qalma ehtinalı da var.

***

Son məlumata görə, ticarət mərkəzindəki partlayış nəticəsində ölən və yaralananların sayı artıb.

Mia.az xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində üç nəfər ölüb, 61 yaralı var: "Yarallardan 36 nəfərinin vəziyyəti ağırdır. 25 nəfərin taleyindən isə xəbər yoxdur".

***

Ermənistanın paytaxtı İrəvanda “Surmalu” topdansatış ticarət mərkəzində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb.

Mia.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, aralarında İran və Rusiya vətəndaşları da olmaqla 23 nəfər isə itkin düşüb.

***

Ermənistanın paytaxtı İrəvandakı "Surmalu" ticarət mərkəzində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb.

Mia.az xəbər verir ki, ölənlərdən 9-nun, o cümlədən meyiti tapılan uşağın şəxsiyyəti hələ müəyyən edilməyib.

Hadisə nəticəsində 62 nəfər isə yaralanıb.

 

img
Digər xəbərlər
SON XƏBƏRLƏR