Mərkəzi Bankın İdarə Heyətinin üç üzvü vəzifədən ayrılıb
04-07-2022 [18:17]
Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sabiq üzvləri Alim Quliyev və Vadim Xubanov səlahiyyət müddətinin bitməsi, Aftandil Babayev isə təqaüdə çıxması ilə əlaqədar olaraq işdən ayrılıb.
Mia.az xəbər verir ki, Mərkəzi Bankın rəhbərliyi və kollektivi bank sektorunda uzunmüddətli və səmərəli fəaliyyətlərinə görə onlara minnətdarlığını bildirib.
Xatırladaq ki, Alim Quliyev, Vadim Xubanov və Aftandil Babayev sonuncu dəfə 2017-ci ilin mart ayında parlamentin qərarı ilə 5 il müddətinə AMB İH-nin üzvü seçiliblər. Onların səlahiyyət müddəti bu ilin mart ayında başa çatmışdı. Bu ilin iyun ayının 8-də Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamlarla onların yerinə Rəşad Orucov Mərkəzi Bank sədrinin birinci müavini, Əliyar Məmmədyarov isə müavin təyin edilib.
Qeyd edək ki, Alim Səlim oğlu Quliyev 1960-cı ildə Tərtər rayonunda anadan olub. Ali təhsillidir. 1981-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu fərqlənmə diplomu ilə bitirib. Əmək fəaliyyətinə 1981-ci ildə SSRİ Dövlət Bankının Şamaxı şöbəsində iqtisadçı kimi başlayın. 1983-cü ilin iyun ayından dekabr ayınadək SSRİ Dövlət Bankının Şamaxı şöbəsində iqtisadçı vəzifəsində işləyib. 1983-cü ilin dekabrından 1988-ci ilədək SSRİ Dövlət Bankı Azərbaycan Respublikası kontorunun Təftiş idarəsində müfəttiş, böyük müfəttiş vəzifələrində işləyib. 1988-ci ildən 1993-cü ilədək Səhmadar-Kommersiya Aqrar-Sənaye Bankının Nəzarət-təftiş idarəsində aparıcı müfəttiş, baş müfəttiş, İdarə Heyəti Sədrinin müavini vəzifələrində işləyib. 1993-cü ilin yanvar ayından Azərbaycan Respublikası Milli Bankında Banklara nəzarət idarəsinin rəisi vəzifəsində işləyib. 1995-ci ilin mart ayından Təftiş departamentinin direktoru və İdarə Heyəti Sədrinin müavini vəzifəsini icra edib. 1995-ci ilin oktyabr ayından 1996-cı ilin iyun ayınadək Səhmdar-Kommersiya Əmanət Bankının Müvəqqəti İdarəetmə Komitəsinin sədri işləyib. 1996-cı il iyunun 14-dən Azərbaycan Respublikası Milli Bankı İdarə Heyətinin üzvü, həmin ilin sentyabrın 24-dən isə İdarə Heyəti Sədrinin birinci müavini vəzifəsinə təyin edilib. 2001-ci ilin dekabr ayında ikinci dəfə Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycan Respublikası Milli Bankı İdarə Heyətinin üzvü seçilib. 2002-ci ildə iqtisad elmləri namizədi alimlik dərəcəsi almışdır. Yeddi elmi əsərin və bir monoqrafiyanın müəllifidir. Azərbaycan Respublikası Prezidentinin 09 fevral 2012 tarixli Sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Ailəlidir, 2 övladı var.
Vadim Xubanov 1963-cü ildə Moskva şəhərində anadan olmuşdur. 1985-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir. Əmək fəaliyyətinə 1985-ci ildə SSRİ Dövlət Bankının Azərbaycan Respublikası kontorunun baş iqtisadçısı vəzifəsində başlayıb. 1985-ci ildən 1987-ci ilədək ordu sıralarında həqiqi hərbi xidmətdə olub. 1987-ci ildən SSRİ Dövlət Bankının Azərbaycan Respublikası kontorunun 26 Bakı komissarı adına rayon şöbəsində iqtisadçı, həmin ildən Mənzil-kommunal Təsərrüfatı və Sosial İnkişaf Bankında iqtisadçı, böyük iqtisadçı, I dərəcəli iqtisadçı işləyib. 1991-ci ildən Azərbaycan Respublikası Xarici Əlaqələr Bankında Kredit-plan şöbəsinin rəisi, 1992-ci ildə Azərbaycan Respublikası Beynəlxalq Bankında İqtisadi təhlil, beynəlxalq əlaqələrin inkişafı müdiriyyətinin direktoru vəzifəsində işləmişdir. 1993-cü ildən Səhmdar-Kommersiya Beynəlxalq Bankı İdarə Heyəti sədrinin müavini, 1995-ci ildən isə İdarə Heyəti sədrinin birinci müavini işləyib. 1996-cı il iyunun 14-dən Azərbaycan Respublikası Milli Bankı İdarə Heyətinin üzvü, həmin ilin sentyabrın 24-dən isə İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin edilib. 2001-ci ilin dekabr ayında Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə ikinci dəfə, 2006-cı ilin dekabr ayında üçüncü dəfə, 2012-ci ilin fevral ayında dördüncü dəfə, 2017-ci ilin mart ayında isə beşinci dəfə Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvü seçilib. 2012-ci ilin fevral ayında Azərbaycan Respublikasında bank işinin inkişaf etdirilməsindəki xidmətinə görə "Tərəqqi" medalı ilə təltif edilib. Ailəlidir, 2 övladı var.
Aftandil Qasım oğlu Babayev 1957-ci ildə Gürcüstan Respublikası Marneuli rayonunda anadan olub. 1978-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun "Xalq Təsərrüfatının planlaşdırılması" ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. 1978–1982-ci illərdə həmin institutun Aspirantura şöbəsində qiyabi təhsil alıb. Əmək fəaliyyətinə 1978-ci ildə "Azkolxoz xüsusi tikinti" Trestininn plan şöbəsində iqtisadçı vəzifəsində başlayıb. 1981-ci ildən 1983-cü ilədək Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyində iqtisadçı, böyük iqtisadçı, maliyyə şöbəsinin rəisi vəzifələrində işləyib. 1983-cü ildən 1984-cü ilədək Respublika Maliyyə Nazirliyində böyük iqtisadçı vəzifəsində, 1984-cü ildən 1994-cü ilədək Dövlət Qiymət Komitəsində şöbə rəisinin müavini, şöbə rəisi, baş idarə rəisinin müavini vəzifələrində işləyib. 1988-ci ildə Azərbaycan KP MK yanında Marksizm-Leninizm Universitetini fərqlənmə diplomu ilə bitirib. 1994-cü ildən Azərbaycan Respublikasının Milli Bankında Baş Pul-kredit siyasəti və valyutanın tənzimi idarəsi rəisinin müavini, 1995-ci ildən Pul-kredit siyasəti departamentinin direktoru, 2000-ci ilin iyul ayından isə Milli Bankın Baş direktoru vəzifəsinə təyin edilib. 2001-ci ilin dekabr ayında Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycan Republikası Milli Bankı İdarə Heyətinin üzvü seçilib. 2012-ci ilin fevral ayında Azərbaycan Respublikasında bank işinin inkişaf etdirilməsindəki xidmətinə görə "Tərəqqi" medalı ilə təltif edilib. 2019-cu ildə Azərbaycanda mərkəzi bankçılığın yaranmasının 100 illiyi münasibətilə və bank işinin inkişaf etdirilməsindəki xidmətlərinə görə 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif olunub.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ermənilər silahlarını təhvil verir: 6 zirehli texnika, 800-dən çox atıcı silah və...
Ceyhun Bayramovla Lavrov ABŞ-da bir araya gəldi: "Hazırda Rusiya sülhməramlıları ilə koordinasiya edilərək..."
YALTAQLIĞIN ANATOMİYASI
Nyu-Yorkda TDT XİN başçılarının görüşü keçirilib
Buraxılış imtahanlarının proqramları açıqlandı - DETALLAR
"Siz Allah, icraçı direktorun bu çıxışına qulaq asın və..." - Aygün Əliyevanın "ikibaşlı çıxışı" narazılıq yaratdı (VİDEO)
Azercell-in dəstəklədiyi milli komanda Yeniyetmələrin Avropa İnformatika Olimipadasından nailiyyətlə vətənə dönüb
Rusiya donanmasının qərargahına raket zərbəsi endirilib - Qubernatordan sakinlərə xəbərdarlıq
Şuşada traktor minaya düşüb, yaralı var - Açıqlama (Yenilənib)
Prezidentin köməkçisi: “Azərbaycan yaralı erməni əsgərlərinə tibbi yardım göstərməyə hazırdır”
Kriştianu Ronaldo ərəblərin milli geyimində - FOTO
“Biz həmişə sizinləyik!” bədii-sənədli filmin İmişlidə təqdimatı keçirilib - FOTOLAR
Rəsmi Moskva Varşavaya "barmaq silkələdi": "Polşaya qarşı hazır vəziyyətdəyik, əgər hər hansı..."
Daxili İşlər Nazirliyindən xəbərdarlıq: "Bu mesajlara inanmayın!"
Erməni faşizmini Qarabağda dəfn edirik: Melkonyanın faciə saydığı gün yetişdi - Kitab bağlanır...
İspaniya polisi 18 dövlətin dəstəyi ilə mafiyaya qarşı əməliyyat keçirdi: bu ölkələrin mafiya üzvləri saxlanıldı - SİYAHI
Ərəblər "Fənərbağça"nın sabiq baş məşqçisini qovur
BQXK maşınları erməni yaralılarını götürmək üçün Xocavənd istiqamətinə hərəkət edir - FOTO
Məşhur Ukraynalı müğənni: "Ömrüm boyu türk milləti üçün savaşacağam"
Qarabağ bölgəsində lokal xarakterli antiterror tədbirləri... - Vaqif Şadlinski yazır
Akşener "İmamoğlu və Yavaşa qarşı blef edirsiniz?" sualına belı cavab verdi: "Çox ayıb şeylər danışırlar"
Cəlilabadda məktəbin əmlakı ələ keçirilib
Sabah bölgələrə yağış yağacaq
Polis Robert Koçaryanı saxlayıb
Türkiyə Dünya Bankından 895,7 milyon avro kredit götürüb - Məqsəd
Rəsmi Bakıdan anons verildi: “Silahı yerə qoyan Qarabağ separatçılarına mümkün amnistiya nəzərdən keçirilir”
"Əgər Adil Vəliyev və onun kimiləri ölkəni bəyənmirlərsə..." - Deputat və vəkil icra başçısını "topa tutdu"
Konfrans Liqasında tarixi oyun: 3-0-dan sonra oyunu elə çevirdilər kii... - FOTOLAR
BMT toplantısına damğa vuran seks iddiaları: "Diplomatlar fahişələrə 3 mindən 100 min dollara qədər pul xərcləyirdi..."
PKK-nın iki tanınmış üzvü təslim olub - Nazirdən açıqlama
Tanınmış aktrisanın yeni görkəmi maraq doğurub - FOTOLAR
Şəhidin dəfn mərasimində gülən biznesmen kimdir? - VİDEO
Türkiyəli müğənni özünü tanınmaz hala saldı - FOTO
Azərbaycan nefti cüzi ucuzlaşıb
BMT Təhlükəsizlik Şurası Qarabağa görə toplandı, heç bir sənəd qəbul edilmədi - Azərbaycana qarşı hansı ölkələr çıxıb?
Qarabağ bölgəsində yaşayan ermənilərə ərzaq göndərilib