Prezident İlham Əliyev Ərdoğana zəng edib - Tərəflər Mişel və Paşinyanla görüşlə yanaşı, bölgədəki vəziyyəti müzakirə ediblər
23-05-2022 [23:07]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 23-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.
Mia.az xəbər verir ki, dövlətimizin başçısı dünən Brüsseldə Azərbaycan Prezidenti, Avropa İttifaqı Şurasının Prezidenti və Ermənistanın baş naziri arasında keçirilən görüş barədə məlumat verib. Prezident İlham Əliyev görüş zamanı Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin hazırlanması, bu xüsusda Azərbaycan tərəfindən beynəlxalq hüquqa əsaslanan beş prinsipin təqdim olunması, iki ölkə arasında münasibətlərin normallaşdırılması, nəqliyyat dəhlizlərinin açılması, sərhədlərin delimitasiyası ilə bağlı müzakirə olunan məsələlərə toxunub. Azərbaycan Prezidenti üçtərəfli görüşün nəticəsini müsbət qiymətləndirdiyini bildirib.
Dövlətimizin başçısı, eyni zamanda, bu gün Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının yaradılması haqqında Sərəncam verildiyini də qeyd edib.
Prezident İlham Əliyev, həmçinin Zəngəzur dəhlizinin açılması, o cümlədən həm dəmir yolu, həm də avtomobil yolunun çəkilməsi məsələləri ilə də bağlı tərəflərin razılığa gəldiyini bildirib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan üçtərəfli görüş barədə verilən məlumata görə minnətdarlığını ifadə edib və bu görüşdə əldə olunan müsbət nəticələri yüksək qiymətləndirib.
Azərbaycan və Türkiyə prezidentləri bölgədə sülhün tezliklə əldə edilməsinin önəmini vurğulayıblar.
Dövlət başçıları söhbət zamanı ikitərəfli dostluq və qardaşlıq münasibətlərinə dair məsələlər və gələcək təmaslar barədə fikir mübadiləsi aparıblar.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Mərkəzi Bankın İdarə Heyətinin üç üzvü vəzifədən ayrılıb
AZAL Özbəkistana uçuşların sayını artırıb
İlham Əliyev Baydenə məktub göndərdi - TAM MƏTN
Dollar neçəyə olacaq? – Mərkəzi Bank yeni məzənnəni açıqladı
Komitə sədri və işçiləri ilə bağlı sərəncam verildi - SİYAHI
Bakı Dövlət Universitetində magistratura pilləsi üzrə vergi hüququ ixtisası yaradılıb
"Zirə" afrikalı futbolçu ilə vidalaşıb
Ceyhun Bayramov Tehranda: "Azərbaycan məsuliyyəti öz üzərinə götürməyə hazırdır..."
Saatlı rayonunda kütləvi zəhərlənmə olub
İlan adasında Ukrayna bayrağı ucaldılıb
“ARB”yə xəbərdarlııq olundu - Zaurun Afşin Azərini efirdən kobud formada qovmasına görə
Şirkət rəhbərliyinə cinayət işi açılıb
“Midtown” hotel və “Bolmart”dakı zəhərlənmə qidadan deyil - Açıqlama
Bakı Mühəndislik Universitetinin tələbəsi vəfat edib
Prezident İlham Əliyev daha sərəncam imzalayıb
Polis Akademiyasında yeni təyinat olub
Zəngilanda yabanı halda bitən narkotik bitkilər məhv edilib
Kuleba: "Rusiya Belarus ərazisindən istifadə edir”
“Zirə” klubunun şikayətinə "yox" deyildi
Bu rayonlarda qanunsuz ağackəsmə ilə bağlı cinayət işi açılıb
Sabah hava necə olacaq? - Proqnoz
Prezident DSMF-nin büdcəsini də təsdiq edib
Yevlaxda polisə xəsarət yetirilib - Ata və oğul saxlanılıb
İşsizlikdən Sığorta Fondunun büdcəsi ilə bağlı dəyişiklik olub - İlham Əliyev təsdiqlədi
"Sumqayıt" klubu yeni oyunçu ilə anlaşıb
DİM-dən qəbul imtahanları ilə bağlı abituriyentlərə - XƏBƏRDARLIQ
Şahdağa qar yağıb
Bakıda adam oğurlayan iki keçmiş məhkum saxlanılıb
Ukrayna ordusu Xersona yaxınlaşıb: "Rus hərbçilərinə snayper atəşi məsafəsindədirlər”
Rusiya iyulun 15-də quru sərhədlərini açacaq
MN: "Rusiyanın indiyədək 36200 hərbçisi öldürülüb"