Vüqar Səfərli ciddi rejimli cəzaçəkmə müəssisəsinə qaytarıldı

img

23-05-2022 [15:27]


Ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) həbsdə olan sabiq icraçı direktoru Vüqar Səfərli saxlanıldığı Penitensiar Xidmətin Müalicə müəssisəsindən cəzaçəkmə müəssisəsinə köçürülüb.

Mia.az "Report"a istinadla xəbər verir ki, o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Qeyd edək ki, V.Səfərli 2021-ci ilin yanvarında həbs edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 il 6 ay müddətinə azadlıqdan məhrum olunub. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin çıxardığı hökmü dəyişdirmədən qüvvədə saxlayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:04 14.08.2022

XIN-dən Pakistana - Mesaj