Həbsdə olan sabiq nazirin atası danışdı: "Səlimin xəbərini eşidəndən özümüzə gələ bilmirik, ağlayırıq"
23-05-2022 [13:59]
Sabiq əmək va əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun səhhətində ciddi problem yarandığından onun Penitensiar Xidmətin müalicə müəssisəsinə köçürüldüyü bildirilir.
Mia.az xəbər verir ki, sabiq nazirin atası Yanvar Müslümov Modern.az-a açıqlamasında faktı təsdiqləyib.
Y.Müslümov özünün də səhhətində problemlər olduğunu vurğulayıb: "Bildiyiniz kimi, özüm də xəstəyəm, artıq 84 yaşım var. Ayaqlarım işləmir, heç avtomobillə belə, uzun yolu gedə bilmirəm. Yaşım o yaş deyil. Amma Səlimin xəbərin eşidəndən özümüzə gələ bilmirik. Dedilər səhhəti çox pisdir. Dünəndən ağlayırıq, əlimizdən dua etməkdən başqa heç nə gəlmir".
Sabiq nazirin atası oğlunun xəstəliklərilə bağlı da danışıb: "Əvvəldən təzyiq, şəkər problemləri var idi. Bilirsiniz, bizdə bu xəstəliklər irsidir. Allah ölənlərinizə rəhmət eləsin, atam da təzyiqdən rəhmətə getdi. Kiçik qardaşım da "Narxoz"da oxuyanda, cavan yaşında o xəstəlikdən keçindi.
Mən özüm danışmasam da, uşaqlar həkimlərdən xəbər alır. Deyirlər təzyiqi, şəkəri çox yüksəlib, amma həkimlər nə lazımdırsa, edirlər. Allaha pənah, İnşallah sağalar".
Dövlət Təhülkəsizliyi Xidmətinin (DTX) yaydığı məlumata görə, Səlim Müslümov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, Səlim Müslümov 1995-ci ildən bəri yüksək vəzifələr tutub. Belə ki, o, 1995-ci ilin iyulundan 2000-ci ilin martınadək Maliyyə Nazirliyində idarə rəisi vəzifəsində çalışıb. 2000-ci ilin martında Dövlət Gömrük Komitəsinin sədr müavini təyin edilib. 2002-ci ilin 17 dekabrında Dövlət Sosial Müdafiə Fondunun sədri vəzifəsinə gətirilib. 2013-cü ildən 2018-ci ilin 21 aprelinə kimi isə əmək və əhalinin sosial müdafiəsi naziri işləyib. 2018-ci ilin sentyarında Milli Aviasiya Akademiyasının Dünya iqtisadiyyatı kafedrasında müdir vəzifəsinə təyin olunub.
Mia.az
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Mərkəzi Bankın İdarə Heyətinin üç üzvü vəzifədən ayrılıb
AZAL Özbəkistana uçuşların sayını artırıb
İlham Əliyev Baydenə məktub göndərdi - TAM MƏTN
Dollar neçəyə olacaq? – Mərkəzi Bank yeni məzənnəni açıqladı
Komitə sədri və işçiləri ilə bağlı sərəncam verildi - SİYAHI
Bakı Dövlət Universitetində magistratura pilləsi üzrə vergi hüququ ixtisası yaradılıb
"Zirə" afrikalı futbolçu ilə vidalaşıb
Ceyhun Bayramov Tehranda: "Azərbaycan məsuliyyəti öz üzərinə götürməyə hazırdır..."
Saatlı rayonunda kütləvi zəhərlənmə olub
İlan adasında Ukrayna bayrağı ucaldılıb
“ARB”yə xəbərdarlııq olundu - Zaurun Afşin Azərini efirdən kobud formada qovmasına görə
Şirkət rəhbərliyinə cinayət işi açılıb
“Midtown” hotel və “Bolmart”dakı zəhərlənmə qidadan deyil - Açıqlama
Bakı Mühəndislik Universitetinin tələbəsi vəfat edib
Prezident İlham Əliyev daha sərəncam imzalayıb
Polis Akademiyasında yeni təyinat olub
Zəngilanda yabanı halda bitən narkotik bitkilər məhv edilib
Kuleba: "Rusiya Belarus ərazisindən istifadə edir”
“Zirə” klubunun şikayətinə "yox" deyildi
Bu rayonlarda qanunsuz ağackəsmə ilə bağlı cinayət işi açılıb
Sabah hava necə olacaq? - Proqnoz
Prezident DSMF-nin büdcəsini də təsdiq edib
Yevlaxda polisə xəsarət yetirilib - Ata və oğul saxlanılıb
İşsizlikdən Sığorta Fondunun büdcəsi ilə bağlı dəyişiklik olub - İlham Əliyev təsdiqlədi
"Sumqayıt" klubu yeni oyunçu ilə anlaşıb
DİM-dən qəbul imtahanları ilə bağlı abituriyentlərə - XƏBƏRDARLIQ
Şahdağa qar yağıb
Bakıda adam oğurlayan iki keçmiş məhkum saxlanılıb
Ukrayna ordusu Xersona yaxınlaşıb: "Rus hərbçilərinə snayper atəşi məsafəsindədirlər”
Rusiya iyulun 15-də quru sərhədlərini açacaq
MN: "Rusiyanın indiyədək 36200 hərbçisi öldürülüb"