Bosniya və Herseqovinanın lideri Azərbaycan Prezidentinə məktubu ünvanlayıb

img

23-05-2022 [12:00]


Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Şefik Caferoviç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Mia.az-ın xəbərinə görə, məktubda deyilir:

"Zati-aliləri.

Azərbaycanın milli bayramı – Müstəqillik Günü münasibətilə Bosniya və Herseqovinanın Rəyasət Heyəti adından və şəxsən öz adımdan Sizə səmimi salamlarımı və ölkənizin daha firavan olmasına dair ən xoş arzularımı çatdırıram.

Bu xoş fürsətdən istifadə edərək Bosniya və Herseqovina ilə Azərbaycan Respublikası arasında mövcud olan dostluq münasibətlərinin ölkələrimizin rifahı naminə bundan sonra da inkişaf edəcəyinə əminliyimi bildirirəm.

Zati-aliləri, xahiş edirəm, ən yüksək ehtiramımı qəbul edin".


Digər xəbərlər
SON XƏBƏRLƏR