"Qaldı ki camaatın təhqirinə, istəmirlər gəlməsinlər..." - Rafael və Çoşqundan "Şuşa" qalmaqalına reaksiya
24-01-2022 [13:57]
Rusiyanın Soçi şəhərində keçirilən KVN komandalarının 33-cü Beynəlxalq Festivalında ("KiViN-2022") Azərbaycanı təmsil edən "Şuşa" komandasının adınının "Buta" ilə əvəzlənməsi ilə bağlı müzakirələr davam edir.
Komandanın rəhbəri, ssenarist və prodüser Müşviq Abbasov açıqlama verərək komandanın adının qaytarıldığını desə də, tənqidlər bitmək bilmir. Sosial şəbəkə istifadəçiləri KVN komandamızı tənqid edərək belə bir addımın yolverilməz olduğunu qeyd ediblər.
Bəzi vətəndaşlar isə sosial şəbəkələrdə insanları "Bu şəhərdə" komandasını boykot etməyə, bunda sonra onların konsertlərinə getməməyə çağırıb.
Mia.az xəbər verir ki, müzakirələrlə bağlı Ölkə.az-a danışan Əməkdar artist Rafael İsgəndərov deyib ki, heç kim konsertə məcburi olaraq aparılmır:
"Mən o işlərdən tam uzaqdayam. Bilmirəm. Bu sualınıza Müşfiq özü cavab versə yaxşıdır. KVN-dən heç bir anlayışım yoxdur. Qaldı ki camaatın təhqirinə, kim nə fikirləşir fikirləşsin. İstəmirlər gəlməsinlər, Allah canlarını sağ eləsin. Gəlirlər yenə də Allah canlarını sağ eləsin. Bu barədə heç nə danışmaq istəmirəm. Çünki mövzu çox çeynənilib. Boykot edirlər, nə bilim nə edirlər.
Otursunlar yaxşı fikirləşsinlər, yaxşı analiz eləsinlər. Nə edirlər etsinlər. Heç kəs heç kəsin filminə, konsertinə məcburi getmir. Gəlsələr də, gəlməsələr də sağ olsunlar".
Əməkdar artist Coşqun Rəhimov da açıqlamasında münasibət bildirməkdən çəkinib: "Mənim ondan (KVN) anlayışım yoxdur. Müşfiq Abbasov gələcək və bir prodüser kimi cavab verəcək. Artıq sözlərə ehtiyac yoxdur".
Boykot çağırışlarından danışan aktyor bu sözləri deyib: "Eybi yox, hər şeyi zaman göstərər".
Qeyd edək ki, Müşfiq Abbasov eyni zamanda "Bu şəhərdə" komandasının ssenaristidir.
Milli.Az
Ceyhun Bayramov İran səfiri ilə bir arada: nələr müzakirələr olunub?
Əməkdar artist Cavanşir Məmmədov vəfat edib
Medianın İnkişafı Agentliyi jurnalistlərə çağırış edib - Səbəb
Zakir Həsənov Quru Qoşunlarının generallarını topladı, tapşırıqlar verildi - MN-də müşavirə (VİDEO)
Sabah hava necə olacaq? - Proqnoz
BMT-nin Baş katibindən Bakı ilə İrəvan arasındakı anlaşmaya reaksiya: "Razılaşmanı alqışlayırıq"
Bakıda 21 yaşlı oğlan 22 yaşlı qızı bıçaqladı
"Qazaxlı Alik"in oğlu Fuad Muradovun məhkəməsi başlayır
Blinkendən 4 kəndinin Azərbaycana qaytarılması haqda - Açıqlama
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampın məhkəməsinin qarşısında bir nəfər özünü yandırıb
Mətbuat katibi: "Dörd kəndin Azərbaycana qaytarılması çoxdan gözlənilən tarixi hadisədir"
Buraxılış imtahanının nəticələri elan olunub
Hal şahidləri ilə bağlı qanuna dəyişiklik olub
Uşaqların peyvəndlənməsi barədə əmr imzalanıb
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
Qəzzada daha 9 dinc fələstinli həlak olub
İLHAM ƏLİYEV MOSKVADAN SONRA ALMANİYAYA GEDƏCƏK - Tarix bəlli oldu
Universitetin sözçüsü vəzifədən ayrılıb
Prezident İlham Əliyev Rusiyaya gedir
“AzəriMed” QSC-lə bağlı məhkəmə qalmaqalı yaranıb
Partiya sədri özünə yeni müşavir təyin edib
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Keşlədə saxta məhsullar istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb
Kirayədə yaşayan BDU-nun tələbəsi özünü öldürüb (Yenilənib)