Bakı İcra Hakimiyyətində növbəti struktur islahatı: yeni şöbə yaradılıb, idarə rəisi isə vəzifəsiz qalıb

img

24-01-2022 [12:05]


Xəbər verdiyimiz kimi, Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin strukturu ləğv edilib. İdarənin balansında olan bütün bağçalar Təhsil Nazirliyinə təhvil verilib.

Məlumata görə, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun müvafiq əmri ilə İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsi iki yerə ayrılıb və nəticədə Dini qurumlarla iş şöbəsi yaradılıb.

İdarənin balansında olan 3 uşaq evi İctimai-siyasi, humanitar məsələlər şöbəsinə həvalə edilib. Şöbənin müdiri Elmin İmanovdur.

Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin rəisi Eldar Yunusov rəsmən vəzifəsiz qalıb/Qaynarinfo


Digər xəbərlər
SON XƏBƏRLƏR