BAYDENLƏ PUTİNİN GÖRÜŞÜ: 2 saatlıq qapalı müzakirədə rus lider ABŞ-dan təminat istəyib, Bayden isə... + FOTOLAR (YENİLƏNİB)
08-12-2021 [14:36]
Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Cozef Bayden arasında videokonfrans formatında keçirilən danışıqlar başa çatıb.
TASS xəbər verir ki, danışıqlar iki saat davam edib.
Görüş qapalı şəraitdə baş tutub.
Qeyd edək ki, bu, iki ölkə liderinin ikinci görüşüdür. İlk təkbətək danışıqlar bu ilin iyununda Cenevrədə keçirilib, o zaman dövlət başçıları müəyyən razılıqlar əldə ediblər.
***
Rusiya və ABŞ prezidentləri Vladimir Putinlə Cozef Bayden arasında videokonfrans formatında keçirilən danışıqlarda müzakirə edilən məsələlər açıqlanıb.
Dövlət başçıları iki ölkənin münasibətlərində strateji sabitliyi müzakirə ediblər. Danışıqlarda habelə İran məsələsində birgə fəaliyyəti, Ukrayna ətrafında gərginliyin aradan qaldırılması diqqət mərkəzində olub.
Ağ Evin yaydığı açıqlamada deyilir ki, Bayden Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini bildirib, gərginliyi azaltmağa və danışıqlara qayıtmağa çağırıb.
"ABŞ və müttəfiqləri hərbi eskalasiya halında güclü iqtisadi və digər tədbirlərlə cavab verəcəklər", - Ağ Evin məlumatında deyilir/Report.
***
Putinin Baydenlə görüşü barədə Kreml də açıqlama yayıb.
Mia.az xəbər verir ki, Putin Ukrayna ilə bağlı yaranan gərginliyə görə, hər şeyin Rusiyaya yüklənməsini qəbul etmədiyini deyib.
O, eyni zamanda, NATO-nun Rusiya sərhədinin ətafına hərbi güc toplamayacağı barədə ABŞ-dan təminat istəyib.
***
CNN kanalı ABŞ prezidenti Cozef Baydenlə Rusiya prezidenti Vladimir Putinin dekabrın 7-də keçirdikləri görüş haqqında məlumat yayıb.
Video formatında keçirilən görüş iki saat davam edib. Görüşün yalnız ilk dəqiqələrinin görüntüləri yayılıb, qalan hissəsi qapalı olub.
CNN kanalının məlumatına görə, görüşdə Cozef Bayden Vladimir Putinə Ukrayna ilə bağlı sərt xəbərdarlıq edib.
2014-cü ilin fevralında Ukraynada hakimiyyət xalq üsyanı ilə dəyişəndən, Rusiyanın adamlarını Qərbə yaxın qüvvələr əvəzləyəndən sonra rus ordusu Ukraynanın Krım yarımadasını zəbt edib. Rusiya Krımı ilhaq etməklə bərabər Donbasda iki separatçı rejimin əli ilə Ukraynanın bu bölgəsinin də bir hissəsini işğal altına alıb.
2021-ci ilin yazında Rusiya Ukrayna sərhədinə xeyli qoşun yığıb, yeni müharibə təhlükəsi yaranıb. Az sonra Rusiya qoşunlarının bir hissəsini geri çəkib.
Lakin ilin sonlarına yaxın Rusiya yenidən Ukrayna sərhədi boyunca qoşun, hərbi texnika cəmləməyə başlayıb. Bütün bunlar Rusiyanın Ukrayna torpağına növbəti hərbi hücuma hazırlaşdığı istiqamətində ehtimallar doğurub.
CNN kanalının məlumatına görə, 7 dekabr görüşündə Cozef Bayden Vladimir Putinə deyib: “Rusiya Ukraynaya hücuma keçsə, biz 2014-cü ildə etmədiyimizi indi edəcəyik”.
Məlumata görə, Bayden bunu dedikdə Rusiyaya qarşı 2014-cü ildəkindən daha sərt iqtisadi sanksiyaları nəzərdə tutub.
2014-cü ildə Krımın ilhaqından sonra ABŞ Rusiyaya qarşı bir sıra sanksiyalar tətbiq edib. Həmin sanksiyalar hazırda qüvvədədir.
Novator.az bildirir ki, “2014-cü ildə etmədiyimizi indi edəcəyik” dedikdə Baydenin Rusiyaya daha ciddi zərər vuracaq sanksiyalardan bəhs etdiyi vurğulanır. Lakin konkret hansı sanksiyalardan söhbət getdiyi açıqlanmır. Məlumata görə, Bayden Putinin diqqətinə çatdırıb ki, ABŞ və avropalı müttəfiqləri həmin sərt sanksiyaları həyata keçirməyə hazırdır.
ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivanın sözlərinə görə, Cozef Bayden Vladimir Putinlə çox açıq, birbaşa danışıb.
Sallivanın dediyinə görə, Bayden Putinə iqtisadi sanksiyalarla yanaşı, ABŞ-ın regionda müdafiə potensialını möhkəmlətməyə hazır olduğu barədə də xəbərdarlıq edib: “Bayden Putinə söyləyib ki, Rusiya Ukraynaya hücum edərsə, ABŞ Kiyevi əlavə müdafiə texnikası ilə təmin edəcək”.
Kremlin açıqlamasında isə bildirilir ki, Putin Baydenin Ukraynanı Rusiya tərəfdən təhlükə gözlədiyinə dair xəbərdarlıqlarına qarşı çıxıb və NATO-nu gərginliyi artırmaqda ittiham edib. O deyib ki, NATO Rusiya sərhədlərində hərbi potensialını gücləndirməyə çalışır.
Rusiya prezidenti bildirib ki, Moskva ABŞ-ın rəhbərlik etdiyi NATO-nun Avropanın şərqindən yeni üzvlər qəbul etməyəcəyinə və alyansın Rusiya yaxınlğında hərbi texnika yerləşdirməyəcəyinə zəmanət istəyir.
Putin həmçinin son illərdə Rusiyanın ABŞ-da diplomatik mövcudluğunu kəskin şəkildə məhdudlaşdırmasını qınayıb. Rusiya prezidenti qeyd edib ki, Kreml Ağ evin bu inadkar addımlarına cavab olaraq bəzi tədbirlərə əl atmaq məcburiyyətində qalıb.
Kremlin açıqlamasına görə, 7 dekabr görüşündə iki ölkə arasında təhlükəsizlik məsələləri ilə bağlı dialoq aparılmasına dair razılıq əldə olunub.
Ağ Evin açıqlamasına görə, Bayden artıq Fransa, İtaliya, Böyük Britaniya və Almaniya liderlərinə zəng edərk onları Putinlə keçirdiyi görüş haqda məlumatlandırıb. ABŞ prezidentinin dekabrın 9-da ukraynalı həmkarı Vladimir Zelenski ilə də danışacağı gözlənir.
7 dekabr görüşündə Ukrayna məsələsindən başqa qlobal kibercinayətkarlıq, İranın nüvə proqramı da müzakirə mövzusu olub.
Görüşə Bayden Ağ evdən, Putin isə Soçidəki iqamətgahından qatılıb. Müzakirə zamanı Putin otaqda tək olub. Baydenin yanında isə dörd nəfər, o cümlədən dövlət katibi Entoni Blinkenlə təhlükəsizlik müşaviri Ceyk Sallivan əyləşib.
Mia.az
Qəzzada daha 24 fələstinli həlak olub
Müğənni Təranə Qumral: "Musa məni atıb gedə bilməz..."
Klublar Birliyi istefanı qəbul etmədi - "Ali Koçla yola davam!"
Ceyhun Bayramov Rusiya XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə müzakirə aparıb - XİN-dən açıqlama
Azercell gənclərin informasiya texnologiyaları sahəsində inkişafını dəstəkləməyə davam edir
Polşanın baş naziri: "Dünya yeni müharibə dövrünə qədəm qoyub..." - "Önümüzdəki iki il ərzində hər şey müəyyən olunacaq"
Nazir sabiq rəisə yeni vəzifə verdi
Sabiq direktorun cinayət işi məhkəməyə göndərilib
Şərqşünaslıq İnstitutunda 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan tədbir keçirilib - FOTOLAR
Məhkəmə Ələsgər Məmmədliyə "yox!" dedi
"Azərbaycan və Ermənistan sülhə heç vaxt olmadığı qədər yaxındır, lakin..." - Prezidentin köməkçisi
Güclü külək əsəcək - Xəbərdarlıq
Hamlet faciəsi illər sonra səhnədə -FOTO
Mübariz və Mais Mənsimovlar məhkəməyə verildi
Bakıda və Abşeronda havada toz müşahidə olunur
125 min fələstinli cümə namazını Məscidül-Əqsada qılıb - FOTO
Sabirabadda qan tökən salyanlının cinayət işi məhkəməyə göndərilib
AVRO 2024: hansı ulduz futbolçular kənarda qalıb?
Ramiz Mehdiyev cərimələnib? - "Bunlar başdan-ayağa uydurmadır"
Premyer Liqa: iki turun təqvimi açıqlanıb
Deputatlar bu tarixdə toplanacaq
Həmyerlimiz Avropa çempionatının oyununa təyinat aldı - EKSKLÜZİV
PENSİYA HAQQINDA QANUN DƏYİŞİR: bu şəxslərin vaxtından əvvəl pensiyaya çıxmaq hüququ olacaq (YENİLƏNİB)
ONLARIN TƏHSİL HAQQINI DÖVLƏT ÖDƏYƏCƏK - Yeni qanun
Bu şəxslərin maaşı artırılır - Məbləğlər
Qəzzada müharibənin 175-cü günü: ölənlərin sayı artıb
Biznesmen deputat Ülvi Quliyev federasiyanın fəxri prezidenti olacaq - O, yeni sayt da yaradıb
Sabah yağış yağacaq
"Bu işdə dərman alverçilərinə kömək edən məmurlar var" - Deputat kimlərin "bostanına daş atdı?"
"Fənərbağça" bu futbolçuya qapını göstərdi: "Özünə yeni klub tap!"
Yunanıstanda güclü zəlzələ olub - 5,8 bal gücündə
Üzərinə həbs qoyulmuş əmlaklar... - Yeni qaydalar müəyyənləşib
Bu qanunu pozanlar cəzalandırılacaq - Detallar
Yeni tiklilərə su necə veriləcək? - Qanun dəyişdi
"Bavariya" Arda Güləri transfer etmək istəyir
Daha 163 dövlət əmlakı hərraca çıxarılıb
Deputatlar toplanıb: daha 21 məsələ müzakirəyə çıxarılıb - SİYAHI
YOXSULLUQ və YOXSULLAR
"İncə səhər" verilişində qalmaqallı rəqs...- VİDEO
İsrail Hələb hava limanını bombalayıb - Xeyli ölən və yaralanan var