"Yoluxmalarla əlaqəli dalğa termini mediada çox istifadə olunur”.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bildirib.

Şöbə müdiri qeyd edib ki, epidemioloji olaraq dalğa terminindən istifadə etməməyə çalışılır:

 "Bilirsiz ki, sentyabrı nisbi olaraq rahat keçirtmişdik. Bizim yoluxma sayımız 100-ün ətrafında olub. Artıq yoluxma sayının artmasını deyə bilərik. Payız-qış mövsümünün gəlməsi, havaların soyuması ilə əlaqədar ümumiyyətlə hər zaman respirator virus infeksiyasiyalarına yoluxma saylarında artma müşahidə olunur. Bu, əslində gözlənilən və proqnozlaşdırılan bir artış idi”/APA.