Azərbaycanda indiyədək koronavirusa yoluxmuş şagirdlərin və işçi heyətin sayı bəlli olub.
Mia.az xəbər verir ki, bunu Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Təhsil naziri Emin Əmrullayev bildirib.
O deyib ki, oktyabrın 15-nə qədər 546 şagird, 186 təhsil işçisi koronavirusa yoluxub.
Nazir 1597 şagirdin COVID xəstəsi ilə təmasda olduğunu deyib.