Oktyabrın 11-də Ermənistan silahlı qüvvələrinin Gəncədə törətdiyi terror aktı nəticəsində həyatını itirmiş Ceyhun Camal oğlu Ələsgərov "Azərbaycan Sənaye Korporasiyası" ASC-yə (ASK) məxsus "Azəralüminium" MMC-nin əməkdaşıdır.

Bu barədə Korporasiya məlumat yayıb.

Məlumata görə, mərhum 5 sentyabr 2016-cı ildən Gəncə Alüminium Kompleksinin Elektroliz Vannaların və digər metallurji avadanlıqların təmiri sahəsində növbə rəisi işləyib:

"Terror aktı onunla birlikdə həyat yoldaşı Təranə Paşa qızı Ələsgərovanın və oğlu Ülvi Ceyhun oğlu Ələsgərovun da həyatına son qoyub.

ASK-nın kollektivi olaraq bu dəhşətli hadisədən kədərləndiyimizi bildirir və həlak olanların ailə üzvlərinə dərin hüznlə başsağlığı veririk.

Allah rəhmət eləsin!"