Təhsil Nazirliyi son sutka ərzində ümumi təhsil müəssisələrində COVID-19 virusuna yoluxmaya dair məlumat yayıb.

Nazirlikdən Mia.az-a verilən məlumata görə, son sutka ərzində bədən hərarəti 37 dərəcədən yuxarı olan şagirdlərin sayı 15, işçi sayı 2 olub.

Bildirilib ki, son sutkada daha 21 şagird, 12 işçi heyəti koronavirusa yoluxub.