Azərbaycanın Baş Prokurorluğu Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı hücumları ilə bağlı yeni məlumat yayıb.

Prokurorluğun Mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində 42 mülki şəxsi qətlə yetiririlib, 206 nəfəri isə yaralanıb: "Yararsız vəziyyətə düşmüş mülki obyektlərin sayı 241, çoxmənzilli yaşayış binalarının sayı 66, yaşayış evlərinin sayı isə 1 479-dir".