“Ermənistan silahlı qüvvələri Azərbaycanın mülki əhalisini hədəfə almaqla qorxu və panika yaratmaq istəyir”.

Bunu Baş prokuror Kamran Əliyev Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın mülki əhalisinə qarşı törədilmiş cinayətlərlə bağlı brifinqdə çıxışı zamanı deyib.

O vurğulayıb ki, Ermənistan Azərbaycanın ərazilərinə təcavüz edib:

“Ermənistan rəhbərliyi təcavüzkar siaysətindən əl çəkmir. Azərbaycana və vətəndaşlarımza qarşı təcavüzkar siyasətlərini davam etdirirlər”