"Fənərbaxça»nın keçmiş futbolçusu, hazırda Brazilyanın «Koritiba» klubunda forma geyinən Aleks dos Santosun həyat yoldaşı Jackelina dos Santos bir anda məşhurlaşıb.
Mia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, Aleksin çıxış etdiyi «Koritiba»nın tərəfdarlarının maçtlara gəlişini yüksəltmək üçün klub formaları ilə seksi pozalar verib: «Bununla xanım Santos nəinki klub azarkeşləri, hətta ölkəsi Brazilyanın da ən məşhur adamlarından birinə çevrildi. Fotoları ilə bağlı danışan xanım Santos isə həyat yoldaşı Aleksi sonsuz dərəcə sevdiyini bəyan edib».