Azərbaycan Tibb Universitetində yeni prorektor təyinatı olub.
Universitetdən Mia.az-a verilən məlumata görə, dosent Zülfüqar Musabəyov ATU-nun təlim-tərbiyə işləri üzrə prorektoru vəzifəsinə təyin olunub.
Məlumata görə, Z.Musabəyov yeni təyinata qədər rektorun müşaviri vəzifəsində çalışıb.
Qeyd edək ki, bundan əvvəl ATU-nun tərbiyə işləri üzrə prorektoru vəzifəsini, sabiq deputat professor Rafiq Məmmədhəsənov icra edirdi.