20 yanvar qazisi Novruz Dadaşov vəfat edib.
Mia.az xəbər verir ki, 1959-cu ildə Neftçala rayonu Qoltuq kəndində anadan olan Dadaşov Novruz Allahverdi oğlu 25 yanvar 1990-cı ildə Rus-sovet hərbi birləşmələri tərəfindən Neftçalada törədilən qanlı cinayətlər zamanı ağır güllə yarası almışdı.
Novruz Dadaşov 1 qrup 20 yanvar əlili, Prezident təqaüdçüsü idi.
O, 3 iyun 1993-cü ildə Azərbaycan Respublikasının prezidenti Əbülfəz Elçibəyin 625 №-li fərmanı ilə “Azadlıq uğrunda mübariz” fəxri adına layiq görülüb.
2000-ci ildə qanlı “20 yanvar” hadisələrinin on illiyi ilə əlaqədər Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən prezident təqaüdünə layiq görülüb.
2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən prezident təqaüdünə layiq görülmüşdür.
Allah rəhmət eləsin!