"Fənərbaxça” bu gün yeni başkanını seçib. Mia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, klub yenidən Əziz Yıldırıma etibar olunub. O, 6821 səslə yenidən bu posta sahiblənib.
Nəticələr elan ediləndən sonra çıxış edən Ə.Yıldırım bunun fənərbaxçalıların mübarizəsi olduğunu deyib. "Bu "Fənərbaxça"ya xəyanət edənlərlə, klub üçün həbs edilənlər, dar ağacında olsa belə klubumuzu yalnız buraxmayanların mübarizəsidir. Biz "Fənərbaxça" üçün varıq. Bizdən sonra gələn nəsillərə "Fənərbaxça"nı təslim edəcəyik".
Yıldırım bu il hər sahədə çempion olmaq üçün əllərindən gələni edəcəklərini deyib. "Sabah heç kim çıxıb deməsin ki, bunlar yenə hiylə işlədəcək".