Bu gün Topaz Premyer Liqada 12-ci
turun növbəti oyunları çərçivəsində iki qarşılaşma baş tutub. Günün ilk oyunu
"İnter"lə "Rəvan"ın arasında keçirilib.
Qarşılaşma gözlənildiyindən də maraqlı keçib. Ev sahibi «İnter» gərgin keçən qarşılaşmadan qalib ayrılıb - 3:2.
Bu qələbə sayəsində "İnter" turnir cədvəlinin 5-ci
pilləsinə yüksəlib.
Günün daha böyük maraq və həyəcanla gözlənilən oyunu isə Bakıda – «8-ci km qəsəbə stadionu»nunda "Neftçi” ilə "Xəzər Lənkəran” arasında baş tutub.
Qeyd edək ki, Azərbaycan derbisində bu iki komandanın
qarşılaşması yenə də xoşagəlməz hadisələrlə müşaiyət olunub. Oyun öncəsi Bakı klubunun azarkeşlərinin qanunsuz hərəkətləri
polisin meydançada əməliyyat keçirməsinə də səbəb olub.
Oyuna gəldikdə isə, maçt Bakı klubunun açıq üstünlüyü ilə başa çatıb. «Neftçi» Bahodir
Nasimovla 45-ci dəqiqədə hesabı açıb. 65-ci dəqiqədə isə Mahir Şükürov penalti zərbəsini dəqiq yerinə yetirib.
Oyunun ən dramatik vəziyyət isə son dəqiqələrdə yaşanıb. Son iki dəqiqədə qapılara düz 3 qol vurulub. Ernest Nfor Bakı klubunun 3-cu qoluna imza atıb. Amma onun sevinci çox çəkməyib. Cəmi 1 dəqiqə sonra Etame Mbilla
fərqi azaldıb - 3:1. Çoxları bu hesabla oyunun bitəcəyini
gözləsə də, oyunun əsas vaxtına əlavə edilmiş 2-ci dəqiqədə Flavio «Neftçi»nin daha bir qoluna müəlliflik edib- 4:1. Oyun bu hesabla başa çatıb.
Bu qələbə sayəsində «Neftçi» liderliyə oyun və bir xal üstünlüyü ilə liderliyə yüksəlib. Əgər sabah «Qarabağ»» qələbə qazanarsa, yenidən liderlik kürsüsünə yenidən sahiblənəcək.
Xatırladaq ki, sabah aşağıdakı komandalar üz-üzə gələcəklər:
15:00. "Sumqayıt”
– AZAL
17:00. "Qarabağ”
– "Qəbələ”