Xızı rayonunun Qarabulaq və Dizəvər kəndləri yaxınlığında dağlıq ərazidə 300 ha sahədə quru ot və kol-kos yanıb. 

Fövqəladə Hallar Nazirliyindən Mia.az-a verilən məlumata görə, yaxınlıqdakı meşə zolağı və fermalar yanğından mühafizə olunub. 

Yanğın saat 18:40 dəqiqədə söndürülüb.

Qeyd edək ki, mürəkkəb relyefli dağlıq ərazidə aparılan yanğısöndürmə işlərinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Aviasiya dəstəsinin 2 ədəd helikopteri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları cəlb olunmuşdur.