Xaçmazda bir neçə evdə oğurluq hadisəsi baş verib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Mia.az-a verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki 3 evdən ümumilikdə 889 manat pul, 6 100 manat dəyərində qızıl və məişət əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş T.Süleymanov saxlanılıb.