Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin inzibati binasında yanğın başlayıb.

Məlumata görə, Bakı şəhəri, İnşaatçılar prospekti 1 ünvanında yerləşən binanın 5-ci mərtəbəsi yanır.

Nazirliyin əməkdaşları binadan təxliyə olunub.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürənləri cəlb edilib.

Hadisə zamanı nazirliyin rəsmi səhifəsində canlı yayım aparılırdı. Yanğın başladığından canlı yayım dayandırılıb/Report.