Avqustun 12-i paytaxtın Həsən Əliyev küçəsində hərəkət edən 99-HC-999 qeydiyyat nişanlı "Lexus" markalı avtomobilin sürücüsü kobud şəkildə yol hərəkəti qaydasını pozub.

Avtosfer.az xəbər verir ki, sürücü öncə sağdan ötmə edərək avtomobillərin arasından keçmək istəyir.

Bunun mümkünsüz olduğunu gördükdən sonra 1.3 qoşa xəttin tələbini pozaraq təcili tibbi yardım avtomobilinin arxası ilə əks istiqamətdə hərəkət edib.