Cəbrayıl Rayon Polis Şöbəsinə (RPŞ) yeni rəis təyin olunub.

Məlumata görə, Daxili İşlər naziri Vilayət Eyvazov bununla bağlı əmr imzalayıb.

Əmrə əsasən, Biləsuvar RPŞ-nin əməliyyat işləri üzrə rəis müavini, polis polkovnik-leytenantı Toğrul Mahmudov vəzifəsindən azad edilərək Cəbrayıl RPŞ-nin rəisi təyin edilib.

T. Mahmudovun yerinə hələlik təyinat olmayıb/Report.