AMEA Prezidenti Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edən tanınmışlardan daha bir neçəsi cərimələnib.

DİN mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, Siyavuş Novruzov, Ombudsman Səbinə Əliyeva və Filarmoniyanın direktorunun həyat yoldaşı müğənni Aysel Adıgözəlzadə xüsusi karantin qaydalarını pozduqlarına görə 400 manat məbləğində cərimə olunublar.