"Koronavirus hava-damcı yolu ilə yoluxur".

Mia.az-ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Mərkəzi Neftçilər Xəstəxanasının həkim-infeksionisti Fərrux Sədirov deyib. 

Onun sözlərinə görə, xəstə insanla çox yaxın təmas, 4-5 dəqiqədən artıq maskasız ünsiyyət zamanı yoluxma ehtimalı inkar edilmir.