“Oğlum Kəramət Böyükçöl içkili olduğuna görə qeyri -etik hərəkətlər etdiyi üçün dünən, ayın 18-də saxlanılmışdı. Bu gün isə sərbəst buraxıldı”.
Mia.az xəbər verir ki, bunu yazıçı Kəramət Böyükçölün atası Qəşəm Nəcəfzadə sosial şəbəkədəki hesabında bildirib.
Şair daha sonra belə yazıb:
“Cənab nazir, istedadlı bir gəncə həssaslıqla yanaşdığınıza, onun əsərlərini və publisistik yazılarını dəyərləndirdiyinizə və bu barədə mənə telefon açdığınıza görə Sizə təşəkkür edirəm!”.
