“Bu gecə naməlum şəxslər Müsavat Partiyasının qərargahına girib”.
Mia.az xəbər verir ki, bu barədə Müsavat partiyası başqanı Arif Hacılı “Facebook” hesabından bildirib.
Onun sözlərinə görə, dəmir barmaqlıqlar kəsilib, pəncərələr sındırılıb: “Hələlik 2 kondisionerin aparıldığı məlumdur. Polisə müraciət olunub. İndi burada xeyli polis əməkdaşı əməliyyat tədbirləri aparır”.