“Orta məktəblərdə tədrisin hibrid qaydada açılması sanitar normalara əməl etməyimizdən, sosial davranış qaydalarını qorumağımızdan və bunu başqalarından tələb etməyimizdən asılıdır”.
Bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu deyib.
O bildirib ki, qarşıdakı bir aydan az müddətdə yoluxmanı müəyyən həddə qədər azaltmaq mümkün olsa, məktəblər də adi qaydada fəaliyyət göstərəcək: “Əks halda yox. Yekunda bunu Operativ Qərargah müəyyən edəcək”.
Vəfa Yaqublu deyib ki, dağ rayonları da “sarı” zonada yerləşir: “Burada post qurulmayıb deyə “narıncı” zonadan virus daşıyıcıları ora daxil olub kəndi yoluxdura bilər. Ölkə “sarı” və “narıncı” zonadan ibarətdir. Bizdə “yaşıl” zona yoxdur. Təhsilin əvvəlki formada təşkili isə yalnız “yaşıl” zonada mümkündür”.
O qeyd edib ki, internetə çıxışı olmayan yerləri nəzərə alaraq tele-dərsləri davam etdiriləcək/APA.