Təhsil naziri Emin Əmrullayev Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral ilə görüşüb.
Mia.az Təhsil Nazirliyinə istinadla xəbər verir ki, görüşdə Azərbaycan və Türkiyə arasında təhsil sahəsində əlaqələrin cari vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.