Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidentinə müşavir təyin edilib.
Mia.az Banker.az-a istinadla xəbər verir ki, bu, iqtisadi məsələlər üzrə vitse-prezident müşaviri Kamal Dadaşovdur.
Məlumata görə, K.Dadaşov Naoma Biznes Məktəbində maliyyə üzrə magistr dərəcəsinə yiyələnib, Emlyon Biznes məktəbində MBA təhsili alıb. Bununla yanaşı, o, Geneve Business School-da müəllim kimi çalışır.
Qeyd edək ki, hazırda SOCAR-ın iqtisadi məsələlər üzrə vitse-prezident Süleyman Qasımovdur.

Süleyman Qasımov