Bakı Dövlət Universitetində (BDU) tədrisin yenilənməsi və müasir standartlara uyğun qurulması, dövrün tələblərinə uyğun kadrların hazırlanması istiqamətində aparılan fəaliyyətin tərkib hissəsi olaraq, 2020/2021-ci tədris ili üçün bakalavr və magistarura səviyyələri üzrə yeni ixtisas və ixtisaslaşmalar açılıb.
Mia.az BDU-ya istinadla xəbər verir ki, yeni ixtisaslar aşağıdakılardır:
Bakalavr pilləsində:
Biotexnologiya;
Su bioehtiyatları və akvakultura;
Turizm işinin təşkili;
Geomatika və geodeziya mühəndisliyi;
Yer quruluşu və daşınmaz əmlakın kadastrı;
Kitabxanaçılıq və informasiya fəaliyyəti;
Beynəlxalq ticarət və logistika ixtisasları.
Magistratura pilləsində:
Ölkəşünaslıq (Rusiya üzrə) ixtisaslaşması