Nərimanov rayonunda ağacın dibi betondan təmizlənib. 

ETSN-dən bildirilib ki, rayonun Əlicabbar Orucəliyev küçəsi 11 ünvanında ağacın dibinin betonlanması ilə bağlı quruma daxil olan məlumat yerində araşdırılıb.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəis müavini Ramal Bağırov bildirib ki, araşdırma zamanı sözügedən ünvanda tikinti işləri aparan şirkətin özü tərəfindən ağacın dibinin betondan təmizləndiyi və suvarıldığı müəyyən edilib. 

Ərazidəki ağaclara aqrotexniki qulluq göstərilməsi məqsədilə MTK-ya icrası məcburi olan məcburi göstəriş verilib.