Dünən Təhsil naziri təyin olunan Emin Əmrullayev bu gün kollektivə təqdim olunub. 

Nazirlikdən Mia.az-a verilən məlumata görə, naziri kollektivə Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva təqdim edib. 

Tədbirdə Təhsil nazirinin müavinləri Məhəbbət Vəliyeva, Firudin Qurbanov, İdris İsayev və şöbə müdirləri iştirak edib.

Emin Əmrullayev dövlət başçısı tərəfindən ona göstərilən yüksək etimada görə təşəkkürünü bildirib.

Nazir ölkə Prezidentinin təhsil sahəsində qarşıya qoyduğu hədəflərin layiqincə yerinə yetirilməsi, təhsildə islahatların daha da dərinləşdirilməsi və hər bir Azərbaycan vətəndaşının keyfiyyətli təhsillə əhatə olunması üçün əlindən gələni edəcəyini bildirib.