III Şollar su kəməri çəkiləcək.
Mia.az-ın məlumatına görə, bu Prezident İlham Əliyevin 27 iyul 2020-ci tarixli sərəncamı ilə təsdiq edilən “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020–2022-ci illər üçün Tədbirlər Planı”nda əksini tapıb.
Sənədə əsasən, “Azərsu” ASC, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi 2020-ci ilin avqust–dekabr aylarında III Şollar su kəmərinin mənbəyinin yaradılması ilə bağlı texniki-iqtisadi əsaslandırma hazırlayacaq və layihələndirmə həyata keçiriləcək.
Bundan əlavə, Oğuz–Qəbələ–Bakı su kəmərinin məhsuldarlığının artırılması ilə bağlı texniki-iqtisadi əsaslandırma hazırlanacaq.
Sənədə əsasən, “Azərsu” ASC, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi 2020-ci ilin avqust–sentyabr aylarında Oğuz–Qəbələ–Bakı su kəmərinin məhsuldarlığının artırılması ilə bağlı texniki-iqtisadi əsaslandırma hazırlayacaq və layihələndirmənin həyata keçiriləcək.