Bülənt Ərandaç

“Takvim”, Türkiyə, 20 iyul 2020-ci il

***

100 il ötdükdən sonra coğrafiyamız Anadoludakı mövcudluğumuzu da təhlükəyə salacaq şəkildə Şərqi Aralıq dənizində və daxildə “Dərin Amerika” və “Dərin Avropa”nın aparatları olan FETÖ və PKK terror təşkilatları vasitəsilə hücuma məruz qalırdı.

Daxildə və xaricdə edilən bütün səlib müdaxilələrinə qarşı Prezident Ərdoğan və türk dövlət ağlı müdhiş qarşı həmlələrlə mübarizə strategiyasını dövrəyə soxdu. Burada “Mavi Vətən” strategiyası çox önəmlidir. Türkiyənin gələcəyinin nəzərə alınaraq hazırlanan Aralıq dənizi strategiyası ipəkqurdu kimi işləyir. Prezident Ərdoğan və türk dövlət ağlı gələcəyi çox yaxşı oxuyaraq, müdhiş həmlələr edərək Aralıq dənizindəki güc balansını dəyişdirdi.

Belə ki, birincisi, 27 noyabr 2019-cu il tarixdə Türkiyə ilə Liviya arasında dənizdəki məsuliyyət zonaları haqqında imzalanan razılaşma Şərqi Aralıq dənizi geopolitikasını köklü şəkildə dəyişdirə biləcək bir həmlə olaraq gündəliyə gəldi. Yunanıstan, Misir, Cənubi Kipr Rum Administrasiyası (CKRA) və İsrailin Türkiyə əleyhinə inkişaf etdirmək istədikləri oyun planı pozuldu. Bu razılaşma Yunanıstanın Şərqi Aralıq dənizində yerləşən Girit (Krit), Kaşot, Kerpe, Rodos və Meis xəttini əsas alma, bu adaları Yunanıstanın ana torpaq parçasının bir hissəsi olduğunu iddia etmə planlarını da əskiyə çevirdi.

İkincisi, 26 iyun 2020-ci ildə Türkiyə Hərbi Dəniz Qüvvələri “Navtex” mesajı göndərib Girit adasının cənubunda 3 sahədə hərbi təlim keçiriləcəyini elan edərək, bu sahələrin təlim üçün qapadıldığını vurğuladı. Sahələrə kod adları verilərkən Türkiyə Silahlı Qüvvələrinin (TSQ) parolundan ilham alındı. 1-ci sahəyə “Təsirli”, 2-ci sahəyə “Çəkindirici”, 3-cü sahəyə isə “Hörmətli” adları verildi. Təlim sahəsi olaraq Girit adasının cənubu ilə Liviyanın açıq suları müəyyən olundu.

Üçüncüsü, Türkiyə-Liviya dəniz anlaşmasının imzalanması və Girit adasının açıq sularında 3 sahədə hərbi təlim keçiriləcəyinin elan edilməsilə İsrail, Yunanıstan və CKRA arasında imzalanan “EastMed” boru xətti layihəsini işləməz hala gətirdik.

Dördüncüsü, Girit adasının açıq sularında Türkiyənin dərin dəniz qatlarında karbihidrogen yataqları axtarışı davam edir.

Beşincisi, qardaş Liviyanın neftinə uzanan əllər qırılır.

Altıncısı, Türkiyənin Liviyada Vatiyyə hava və Misrata dəniz, Kiprdə Maqosa dəniz və Lefkoşa hava bazalarının açılmasına sayılı günlər qalır.

Yeddincisi, Yunanıstanın Giritdən Meisə qədər olan bölgədəki sahələrini tək bir sahil zolağı kimi qəbul edərək, apardığı məkrli işlə Türkiyə sahil sularının təqribən 41 min kmolaraq hesablanan bir sahəyə “həbs edilməsi”ni nəzərdə tutan səlib planı əski parçasına çevrilmişdir.

NəticəPrezident Ərdoğan liderliyindəki Türkiyə İslam coğrafiyasının mərkəzi müqavimət nöqtəsidir. Türkiyənin Liviyanı öz gələcəyilə bağlı bir məsələ hesab etməsinə xüsusilə diqqət edilməlidir. Onun bütün Aralıq dənizini mühasirəyə aldığını görməmiz lazımdır. Türkiyə siyasi və hərbi mövcudluğunu geridönməz şəkildə göstərərək, İraq-Suriya-Kipr-Aralıq dənizi-Liviya xəttində öz gələcəyilə bağlı olan istiqaməti möhkəmləndirməyi davam etdirəcəkdir. Türkiyə geopolitik müdaxilələri qəti formada davam etdirməyə qərar vermişdir.

Tərcümə Strateq.az-ındır.