Nəsimi rayonu ərazisində Rayon İcra Hakimiyyəti  Başçısının,  Rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul əməkdaşlarının, hüquq-mühafizə orqanları nümayəndələrinin və  rayonun ayrı-ayrı əraziləri üzrə xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsi məqsədilə yaradılmış mobil qrupların üzvlərinin iştirakı ilə ticarət obyektlərində  və fəaliyyətlərinə  icazə verilmiş digər obyektlərdə profilaktik reydlər davam etdirilir.

İH-dən Mia.az-a verilən məlumata görə, reydlər zamanı pozuntu hallarına yol vermiş obyekt sahibləri və ya cavabdeh şəxslər barədə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən qanunvericiliklə müəyyən edilmiş tədbirlər görülür, obyektlərin sahiblərinə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyyələrinə ciddi əməl etmələri baradə müvafiq tapşırıqlar verilir.