Təhsil naziri vəzifəsinin icrası müavininə tapşırılıb. 

Mia.az-ın məlumatına görə, Prezident İlham Əliyevin sərəncamı ilə Təhsil naziri vəzifəsini müvəqqəti olaraq Firudin Qurbanov icra edəcək.

Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamı ilə Ceyhun Əziz oğlu Bayramov Azərbaycan Respublikasının Təhsil naziri vəzifəsindən azad edilərək, Azərbaycan Respublikasının Xarici İşlər naziri təyin edilib.