Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları “Tri korona” yaşayış kompleksinin arxasındakı gölün qurudulması və ərazidə tikinti işlərinin aparılması ilə bağlı daxil olan şikayəti araşdırıb.
Nazirliyin mətbuat katibi İradə İbrahimova "Report"a bildirib ki, ərazidə tikinti işləri dayandırılıb və faktla bağlı akt tərtib olunub.
O qeyd edib ki, təqsirkarlar barəsində müvafiq tədbirlər görüləcək.
Xatırladaq ki, dünən Yasamal İcra Hakimiyyəti “Tri Koronı” kimi tanınan binaların yaxınlığında heç bir tikinti işləri aparılmadığı haqda xüsusi açıqlama yaymışdı: “Ərazi abadlaşdırılır, tullantılardan təmizlənir. Bəzi media orqanlarında iddia olunduğu kimi, heç inşaat yoxdur, göl qurudulmur”.
Mia.az